SON XƏBƏRLƏR

İctimai təzyiq nəticə verdi: Zənganda "Anam" mədəniyyət mərkəzi yenidən fəaliyyətə başladı

2022.01.12, 11:18
İctimai təzyiq nəticə verdi: Zənganda "Anam" mədəniyyət mərkəzi yenidən fəaliyyətə başladı

Gunaz.tv

Güney azərbaycanlı sosial media fəalları, mədəniyyət xadimləri və yerli əhalinin geniş etirazından, məsələnin mediada geniş işıqlandırılmasından sonra rəsmi qurumalr geri addım atıb və mədəni mərkəzin fəaliyyətinə icazə verilib.

Qeyd edək ki, mərkəz yanvarın 8-də təhlükəsizlik məmurları və İctimai Məkanlara Nəzarət İdarəsinin əməkdaşları tərəfindən möhürlənmişdi.

“Mərkəzin qapadılması türkcə şeirə video klipin çəkilişi ilə bağlıdır”-deyə, mədəni mərkəzin “instaqram” səhifəsində qeyd olunmuşdu.    

 Zənganın tarixi evlərindən birində təşkil edilən mədəniyyət mərkəzi zənganlı Xanım Heydərinin şəxsi təşəbbüsü və vəsaiti hesabına təsis edilib.

Zəngan əyalətinin Mədəni İrs, Turizm və Əl İşləri İdarəsi mərkəzin təsisinə icazə verilməsi üçün şərt irəli sürüb.

Şərtə əsasən mərkəzin idarəçiliyin sözügedən qurumun ortaq rəyi əsasında həyata keçirilməlidir.

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar