SON XƏBƏRLƏR

Cümhuriyyətin qurucusu olmuş 33 nəfərin məzarı abadlaşdırıldı – İstanbuldan GÖRÜNTÜLƏR

2021.10.20, 07:36
Cümhuriyyətin qurucusu olmuş 33 nəfərin məzarı abadlaşdırıldı – İstanbuldan GÖRÜNTÜLƏR

Gunaz.tv

GünAz TV: Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları olmuş 16 nəfərin və onların ailə üzvlərinin (cəmi 33 qəbr) İstanbulun Karacaahmet və Feriköy qəbiristanlığındakı məzarlarının üstü götürülüb.

Cümhuriyyətçilərin qəbirüstlərinin abadlaşdırılması Azərbaycanın İstanbuldaki Baş Konsulluğunun təşkilatçılığı və SOCAR-ın dəstəyi ilə həyata keçirlib.

 

Feriköy qəbiristanlığında uyuyan Azərbaycan Xalq Cümhuriyyətinin üzvlərinin xatirə lövhəsinin açılış mərasimi də keçrilib.

 

Xatirə lövhəsini Milli Məclisin deputatı Çingiz Qənizadə, Bas konsul Məsim Hacıyev və Vali yardımcısı İsmail Gültəkin açıb.


Tədbirin sonunda Milli Məclisin deputatı  Ç. Qənizadə çıxış edib. Deputat Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və süqutu, Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı prezident İlham Əliyevin 16 may 2017 il tarixli sərəncamının əhəmiyyətindən danışıb. Tədbirdə Turkiyə və Azərbaycanı təmsil edən rəsmi şəxslər, çoxsaylı ictimaiyyət və mətbuat nümayəndələri, diplomatik  nümayəndəliklərin üzvləri iştirak ediblər. Modern.az

 

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar