Cümhuriyyətin qurulmasında Qafqaz İslam Ordusunun böyük rolu olub. Yunus Oğuz

2008-05-29 17:55

"Cümhuriyyətin qurulmasında Qafqaz İslam Ordusunun böyük rolu olub" Yunus Oğuz: "Nuru Paşanın gəlişi Azərbaycan türklərini soyqırımdan xilas etdi" Dünən Türk Hərəkatı İctimai Birliyi "Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında Qafqaz İslam Ordusunun rol

Gunaz.tv Quote | Gunaz article

"Cümhuriyyətin qurulmasında Qafqaz İslam Ordusunun böyük rolu olub" Yunus Oğuz: "Nuru Paşanın gəlişi Azərbaycan türklərini soyqırımdan xilas etdi" Dünən Türk Hərəkatı İctimai Birliyi "Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında Qafqaz İslam Ordusunun rolu" mövzusunda tədbir keçirib. 1918-ci ildə Şərqdə ilk dəfə Azərbaycanda qurulan demokratik respublikanın müstəqilliyinin qorunub saxlanmasında əvəzsiz əməyi olan Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın abidəsinin Bakının hansı məkanında qoyulması məsələsi də dəyirmi masanın müzakirə predmetinə çevrilib. Tədbiri giriş sözü ilə açan birliyin sədri Həbib Ələkbərov bildirib ki, Şərqdə ilk demokratik respublikanın türk millətinə mənsub olması Azərbaycanla yanaşı, Türkiyə üçün də qürur mənbəyidir. H.Ələkbərov qeyd edib ki, 1918-ci ildə qurulan dövlətin müsətəqilliyinin qorunmasında Qafqaz İslam Ordusunun və onun komandanı Nuru Paşanın əvəzsiz xidmətləri olub. "Olaylar" İnformasiya Agentliyinin baş direktoru və eyniadlı qəzetin baş redaktoru Yunus Oğuz isə çıxışında bildirib ki, mühüm tarixi əhəmiyyəti olan hadisələrlə bağlı ilk əvvəl ictimai rəy formalaşmasa, sonra qəzetlərə, bundan sonra dövlət adamlarına gedib çatmasa, təbii ki, belə hadisələrin qeyd olunması və onların əhəmiyyəti diqqətdən kənarda qalacaq. Y.Oğuz bildirib ki, son illərə qədər Nuru paşa geniş təbliğ olunmayıb və 1918-ci il 15 sentyabrda Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsinə qiymət verilməyib: "Amma biz nəzərdən qaçırırıq ki, məhz Nuru Paşanın rəhbərliyi altında İslam Ordusu gələndən sonra indiki Azərbaycanın qismən sərhədləri müəyyənləşdi". Qafqaz İslam Ordusu tərəfindən Bakının azad olunması ilə nəticələnən tarixi hadisənin 90 ilinin tamam olduğunu bildirən Y.Oğuz bu il tarixi hadisəyə xüsusi qiymət verməyin vacibliyini vurğulayıb: "Nuru Paşa Bakını azad etməklə paytaxtdakı, eləcə də Şamaxıda, Qubada, Salyanda və Neftçalada yaşayan Azərbaycan türklərini soyqırımdan xilas etdi. Eyni zamanda Şərqdə yaranan demokratik cümhuriyyətin Bakıya köçməsinə şərait yarandı". Dövlət təsisatlarının yaradılmasına yalnız Bakının alınmasından sonra başlanıldığını deyən Y.Oğuz Bakının azad olunmasında Nuru Paşanın xüsusi xidməti olduğunu diqqətə çatdırıb bildirib ki, Nuru Paşa yalnız Azərbaycanın yox bütün türk dünyasının fəxridir. Natiq onun Orta Asiyada, Azərbaycanda və digər yerlərdə türk xalqlarının, dövlətlərinin birləşməsi və Turançılıq ideyası olduğunu bildirib. Hər bir millət öz keçmişini bilməklə mədəniyyətinin, gələcəyinin inkişafına xüsusi töhfələr verir, deyən Y.Oğuz Sovet İttifaqı dövründə tarixi həqiqətlərin unutdurulmağa çalışıldığını və əslində fəxr edəcəyimiz insanların quldur və yaxud cəllad kimi təqdim olunduğunu deyib. ("OLAYLAR"İA)
Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Təbrizdə divar yazıları ilə milli fəala dəstək veriblər

2021-03-03

gun az article

Təbrizdə güllələnən qadın həyatını itirib

2021-03-03

gun az article

İşgəncə nəticəsində xəstəxanaya yerləşdirilən mədəni fəalın durumu haqqında qardaşı açıqlama verib

2021-03-03

gun az article

GünazTV March.02.2021-Özümüz: Şu'ubiyyə

2021-03-03

gun az article

GünazTV March.02.2021 -GÜNDƏM MASASI: İranda toplumsal ümidsizliyin səbəbləri

2021-03-03

gun az article

Saman Bidar həbs edilib

2021-03-02

gun az article

Aydın Zakiri və Siyamək Seyfi Xiyav İnqilab Məhkəməsinə çağrılıblar

2021-03-02

gun az article

Qərbi azərbaycanda koronovirusa yoluxanların sayı 114 min nəfərə yaxınlaşıb

2021-03-02

gun az article

Qərbi Azərbaycan əyalətində 6 ayda 2 ton 402 kiloqram narkotik maddə aşkar edilib

2021-03-02

gun az article

Qəzvinin tarixi “Mominan” evi acınacaqlı durumdadır

2021-03-02

gun az article

Həmdan əyalətində “Britaniya” virusu xəbərdarlığı

2021-03-02

gun az article

Həmədanda 41 maneken və fotoqraf saxlanılıb

2021-03-02

gun az article

Ərdəbil həbsxanasında cinayətlərin ayrılması prinsipi tətbiq olunmur

2021-03-02

gun az article

Əhvazda dörd ərəb məhbus edam edilib

2021-03-02

gun az article

Ərdəbil ETTELAAT-ı milli-mədəni fəal hədələyib

2021-03-02

gun az article

GünazTV March.01.2021: PARLAQ GƏLƏCƏK: Korona virusu və rejimin sağlamlıq siyasəti, Güney Azərbaycana qarşı ayrı-seçkilik

2021-03-02

gun az article

GünazTV March.01.2021: Paylaşım programı, 40-cı Bölüm.

2021-03-01

gun az article

Təbriz Bələdiyyəsinin işçiləri yenidən etiraz aksiyası keçirirlər

2021-03-01

gun az article

İran Azərbaycan ordusunun məlumatlarını Ermənistana ötürüb

2021-03-01

gun az article

Şəbistər-Şərəfxana yolunda qəzada 4 nəfər həyatını itirib

2021-03-01