Ciddi müalicəyə ehtiyacı olan mədəni məhbus Əlirza Fərşi məhkəməyə məktub yazdı

16.11.2021, 12:32

Tehranın Fəşafuyə zindanında saxlanılan türk dili fəalı Əlirza Fərşi Baharistan şəhərinin Məhkəmə Qərarlarının İcrası İdarəsinin ikinci bölməsinin hakiminə məktub yazıb

Gunaz.tv Quote | Gunaz article

O,  məhbusların müayinə və müalicəsi ilə bağlı hüquqları ona xatırladıb.

Xəstəliyinin ağırlaşdığını, göz əməliyyatına ehtiyacı olduğunu və 2-ci tip şəkərli diabet xəstəliyinə yoluxduğunu qeyd edən fəal bildirib ki, təcili surətdə həbsxanadan kənarda müalicə olunmalıdır.

Fərşi məktubunun bir hissəsində qanunla nəzərdə tutulmuş məhbus hüquqlarına toxunub:

“Bu maddənin şərhində göstərilir ki, hökmün icrası zamanı xəstəlik baş verdikdə və hökmün icrasının təxirə salınması vacib olduqda, cinayət hökmlərini icra edən hakim qərar çıxararkən bu maddənin müddəalarına uyğun hərəkət etməli və cəza qərarının icrasını dayandırmalıdır.

Qanunun 522-ci maddəsində də göstərilir ki, azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxsin cəzaçəkmə müəssisəsindən kənarda müalicəsi zəruri olduqda, hakim cinayət hökmünün icrası üçün tələb olunan müddəti məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən müəyyən etməli və müvafiq təminat əldə etdikdən sonra, həbs cəzasını gecikdirilməlidir.

Məhkum lazımi zəmanəti təmin edə bilmədikdə isə o, məmurların nəzarəti altında stasionarda müalicə olunmalı və müalicə müddəti onun cəzasının bir hissəsi hesab edilməlidir”-deyə, Ə.Fərşi qeyd edib.

Qeyd edək ki, Əlirza Fərşi 2014-cü ilin iyul ayının 21-də Tehran şəhərində beynəlxalq ana dili günü mərasimində iştirak etdiyi üçün digər milli fəallar ilə birlikdə İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə alınıb, neçə gün saxlanıldıqdan sonra müvəqqəti olaraq məhkəmə iclasına qədər sərbəst buraxılıb.

Ə.Fərşi 2016-cı ildə, Baharistan İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən "İranın milli təhlükəsizliyini pozmaq qəsdi ilə qruplaşmada iştirak etmək" ittihamı ilə 15 il həbs və İranın güneyində yerləşən Xuzistan vilayətində iki il sürgün həyatı keçirmə cəzasına məhkum edilib.

Bu cəza, daha sonra Tehran Apellyasiya Məhkəməsinin 54-cü şöbəsinin sədri olan hakim Babayi tərəfindən 2 il həbs və 2 il sürgünə endirilib.

Nəhayət 2020-ci ilin iyul ayının 21-də bu milli fəal yaxalanıb və iki illik həbs cəzasını çəkmək üçün Tehran şəhərinin Evin həbsxanasına köçürülüb. 

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Güney Azərbaycanda idman yarışında milli şüarlar səsləndirilib-VİDEO

2023-04-01

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-04-01

gun az article

Zənganlı idmançıya təzyiq göstərilir

2023-04-01

gun az article

SEPAH Azərbaycan konsulluğu qarşısına aksiya keçirib

2023-03-31

gun az article

“I Türkçülük çalışmaları simpoziumu və türkçülüyün bugünkü durumu” və “Təbrizdən Brüsselə istiqlal mücadiləsi”   - VİDEO

2023-03-31

gun az article

"İran ermənilərin Güney Azərbaycanda törətdiyi soyqırıma dair məlumatları gizlətməyə çalışır"-Millət vəkili

2023-03-31

gun az article

Təbrizdə tarixi abidə uçub

2023-03-31

gun az article

Həmədanda taksi sürücüləri etiraz aksiyası keçiriblər

2023-03-31

gun az article

Vərziğanda Qacarlar dövrünə aid tarixi abidə dağılmaq üzrədir

2023-03-30

gun az article

“Görüş” proqramı: “Demokratiyaya keçidin müzakirəsi” və “Cilovluq qətliamı”-VİDEO

2023-03-30

gun az article

Təbrizdə avtobus kirayələri kəskin artdı

2023-03-29

gun az article

Təbrizili sənətçilər Beynəlxalq Film Festivalında mükafatlandırılıb

2023-03-29

gun az article

Güney Azərbaycanda müəllimlər etiraz aksiyaları keçiriblər

2023-03-29

gun az article

 “Özümüz” proqramında müzakirə: “Osmanlı-Səfəvi ilişkisi”  - VİDEO

2023-03-29

gun az article

Mərənddə 5 nəfər edama məhkum edildi

2023-03-29

gun az article

"Biz hökumətdən əfv istəmirik, İslam Respublikasına son qoyulmalıdır"-Nərgiz Məhəmmədi

2023-03-28

gun az article

“Parlaq gələcək”: “Brüssel yürüşünün dəyərləndirilməsi” və “Cenevrədə BMT-də “Ərk” Cəmiyyətinin konfransı”  - VİDEO

2023-03-28

gun az article

“Azadlıq səsi” proqramında müzakirə- “Azərbaycana qarşı erməni-fars təxribatları”  -VİDEO

2023-03-27

gun az article

Tehranda Azərbaycan bayrağı asıldı

2023-03-27

gun az article

Təbrizdə aksiya: divarlara etiraz məzmunlu afişalar asıldı

2023-03-27