SON XƏBƏRLƏR

BMT-də Novruz bayramı qeyd olunub

2023.03.21, 05:30
BMT-də Novruz bayramı qeyd olunub

Gunaz.tv

Mərasim Novruz bayramını qeyd edən 12 ölkənin (Türkiyə, Əfqanıstan, Azərbaycan, Hindistan, Iraq, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Pakistan ve Özbəkistan) BMT-dəki daimi nümayəndəliyinin təşkilatçılığı ilə baş tutub.

Təşkilatın Baş katibi Antoniu Quterreş çıxışında bildirib ki, dünyada 300 milyon insan milli dəyərlərə əsaslanaraq minillərdir ki, Novruz bayramını - Yeni günü, Yeni ili qeyd edir: “Novruz yeni başlanğıcların bayramıdır. Baharın gəlişi təbiətin yenilənməsidir. Novruz həm də zəngin mədəni irsin və müxtəlifliyin bayramıdır.

O, nəsillər arasında və sərhədlərdən kənarda icmaları birləşdirir. O, BMT-nin hər gün təbliğ etdiyi sülh, insan hüquqları və həmrəylik dəyərlərinə səslənir. Bu gün bu ümumi dəyərlərə heç vaxt olmadığı qədər meydan verilir. Dünyamız misli görünməmiş böhranlar fırtınası ilə üz-üzədir.

Münaqişələr, iqlim dəyişikliyi, müharibələr dünyamızı əlinə alıb. Biz yalnız birlikdə irəliləyə bilərik. Qoy bu bayram sizə sevinc, cansağlığı və firavanlıq gətirsin”.

Daha sonra mərasimdə Novruz bayramını qeyd edən ölkələrin adət-ənələrinin əks olunduğu qısa film nümayiş olunub. Azərbaycanın üçrəngli, ay-ulduzlu bayrağının görüntüsü və Azərbaycan dövlət himnin sədaları ilə başlayan filmdə Bakının simvolik məkanlarından (İçərişəhər, Qız qalası, Alov qüllələri, Dağüstü park) görüntülər və Novruz adət-ənənələri nümayiş olunub.

Tədbirdə çıxış edən Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Leyla Novruz üzv ölkəri nümayəndələrini bayram münasibətilə təbrik edib.

Diplomat qeyd edib ki, Novruz bayramı Azərbaycanda mənşəyi ən qədim bayramlardan biridir və bu bayram qlobal mədəniyyət irsimizin bir parçasıdır: “Dünya yaranandan xalqlar özünəməxsus adət-ənənə yaratmış və bu ənənələri nəsildən-nəsilə ötürmüşlər. Azərbaycan xalqı o xoşbəxt xalqlardandır ki, özünün adət-ənənəsini yaratmış və dövrün, zamanın dəyişməsinə baxmayaraq, onu yaşatmışdır".

Diplomat çıxışında Novruzun dünyamıza sülh və əminamanlıq gətirməsini diləyib.

Çıxışlarda diplomatlar Novruz bayramının sülhü, barışı təbliğ etdiyini deyib, ölkələrinin bu bayramla bağlı ədət-ənənələrindən danışıblar. (report)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar