SON XƏBƏRLƏR

D.Tramp: “Putinlə görüşdə İran məsələsini müzakirə etdik”

2021.10.20, 07:36
D.Tramp: “Putinlə görüşdə İran məsələsini müzakirə etdik”

Gunaz.tv

GünAzTV: ABŞ prezidenti Donald Tramp iyulun 17-də Amerika konqresmenləri ilə görüşrək Helsinkiyə səfərində Rusiya prezidenti ilə təkbətək görüşündə İranın bölgədə apardığı dağıdıcı fəaliyyətinin qarşısının alınması barədə danışıqlar apardığını bildirib.

 

Qərbin İranla imzaladığı nüvə sazişini təsəvvürə sığmayan ən pis bir razılaşma olduğunu vurğulayan Tramp, hökumətinin İrana qarşı tətbiq etdiyi sanksiyaların artıq nəticə verməyə başladığını açıqlayıb: “Biz, Rusiya prezidenti Vladimir Putinlə təkbətək görüşümüzdə İran məsələsini və onun Suriyada və regionda apardığı dağıdıcı fəaliyyətinin qarşısının alınması mövzusunu müzakirə edib, bəzi məsələlərdə razılığa gəldik.

 

İran artıq 5 ay əvvəlki İran deyil. Onlar (iranlılar) çoxlu problemlərlə üz-üzə qalıblar. Bizim nüvə sazişindən çıxmağımız rəsmi Tehranı ağır problemlərlə üz-üzə qoyub və bu onların xeyli dərəcədə zəifləməsinə səbəb olub. Lakin buna baxmayaraq hesab edirəm ki, onlar yalnız bizimlə razılığa gəldikləri təqdirdə üzləşdikləri bu çətinlik və problemləri çox asanlıqla həll edə, aradan qaldıra bilərlər”.

 

Tramp, Putinlə İranla bağlı apardığı danışıqların detallarını və  tərəflər arasında hansı mövzularda razılıq əldə edildiyini açıqlamayıb.

 

Xatırladaq ki, Tramp iyulun 16-da Finlandiya paytaxtı Helsinkidə Putinlə görüşündən sonra “Foxnews” telekanalına müsahibəsində rusiyalı həmkarı ilə İran məsələsini müzakirə etdiyini açıqlayıb: “Amerika, Suriyada İŞİD-ə qarşı mübarizədə əldə edilmiş nailiyyətdən İranın sui-istifadə etməsinə imkan verməyəcək. Biz 100 faiz İran millətinə dəstək veririk və bunu onlara göstərəcəyik. Bu gün, İranın bütün şəhərlərində üsyanlar və etirazlar baş qaldırır. İnflyasiya ölkəyə hakim olub və iqtisadi baxımdan vəziyyət çox ağırdır.  Rejimə qarşı hazırkı etirazlar isə demək olar ki, hər vaxtdan çox genişlənib. Bütün bunlar isə bizim nüvə sazişindən çıxmağımızdan sonra baş verir”.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar