Müdafiə Nazirliyi Rusiya MN-ə cavab verib: “Maqavuz”un rəsmi adı ÇARDAQLIDIR və Ordumuz bu istiqamətdə heç bir atəş açmayıb

25.11.2022, 09:43

Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun yaşayış məntəqələrinin Azərbaycan toponimlərinə uyğun adlı siyahısı və xəritəsi Rusiya Federasiyasının Müdafiə Nazirliyi, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin əvvəlki və hazırkı komandanlığı, eləcə də Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinə Azərbaycan tərəfindən rəsmi qaydada göndərilmiş və məlumatlarda məhz bu adlardan istifadə olunması barədə dəfələrlə müraciət edilmişdir.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Buna baxmayaraq, təəssüf ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatlarında yaşayış məntəqələrimizin adları uydurma erməni toponimləri ilə qeyd edilir.

Belə ki, Rusiya Federasiyasının sülhməramlı kontingentinin 24 noyabr 2022-ci il tarixli rəsmi məlumatında “Maqavuz” yaşayış məntəqəsi istiqamətində Azərbaycan tərəfindən guya atəşkəsin pozulmasının qeydə alındığı bildirilir.

Rusiya tərəfinin nəzərinə çatdırırıq ki, onların “Maqavuz” adlandırdığı Azərbaycan yaşayış məntəqəsinin rəsmi adı ÇARDAQLIDIR. Azərbaycan Ordusunun bölmələri atəşkəsi pozmayıb və bu istiqamətdə heç bir atəş açmayıb.

Eyni zamanda onu da bəyan edirik ki, son zamanlar qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atəşkəsin pozulması və digər hadisələr barədə Rusiya tərəfinə verilən məlumatlar nədənsə Rusiya sülhməramlı kontingentinin rəsmi açıqlamalarında öz əksini tapmır.

Azərbaycan Müdafiə Nazirliyinin dəvətinə əsasən Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin komandanı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərliyi qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Sarıbaba yüksəkliyinin şimal istiqamətində basdırılmış və Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən aşkar edilmiş Ermənistan istehsalı olan PMN-Э markalı piyada əleyhinə mina sahəsinə noyabrın 23-də baxış keçiriblər.

Baxış zamanı bildirilib ki, ərazidən təkcə 2021-ci ildə Ermənistanda istehsal edilmiş 350 ədəd PMN-Э markalı piyada əleyhinə mina bölmələrimiz tərəfindən aşkar edilərək zərərsizləşdirilib. Təəssüflər olsun ki, bu barədə də Rusiya sülhməramlı kontingenti tərəfindən rəsmi məlumat verilməyib.

Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığını müvafiq məlumatlarında ölkəmizin ərazisindəki yaşayış məntəqələrinin adlarını düzgün toponimlərlə ifadə etməyə və qanunsuz erməni hərbi birləşmələrinin ərazilərin minalanması daxil olmaqla, bütün təxribatçı fəaliyyətlərinin ciddi surətdə qarşısının alınmasına çağırırıq. (apa)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Zəncanlı mədəni fəal Saleh Fərhadi həbs edilib

2022-12-06

gun az article

Bostanabadın tarixi Ocan qalası məhv edilir

2022-12-06

gun az article

Təbrizdə xəstəxanaya hücum edilib- Ölənlər var

2022-12-06

gun az article

Təbrizin "Traxtur" klubununa ispaniyalı baş məşqçi rəhbərlik edəcək

2022-12-06

gun az article

Xaqan adlı azərbaycanlı uşağa sənəd verilmir

2022-12-06

gun az article

Həbs edilən qaşqay fəalların taleyindən xəbər yoxdur

2022-12-06

gun az article

Günaz.TV-də müzakirə: “Etirazlar və ”Ərk” Cəmiyyətinin fəaliyyətləri” -VİDEO

2022-12-06

gun az article

Həbsdə olan güneyli fəal Negin Əhmədidən xəbər yoxdur

2022-12-06

gun az article

"Azadlıq, Ədalət, Milli hökumət"-Mərənddə milli şüarlar əks olunan baner asılıb

2022-12-06

gun az article

Güneyli vəkil Qasım Bodiyə həbs cəzası verilib

2022-12-06

gun az article

Şərqi Azərbaycan əyalətində su qıtlığı yaranıb

2022-12-06

gun az article

Şərqi Azərbaycan əyalətində dəm qazından ölənlərin sayı artıb

2022-12-06

gun az article

Güneyli mədəni fəal Əkbər Nəiminin məhkəmə iclası keçirilib

2022-12-06

gun az article

"Güneylilər olaraq Prezident İlham Əliyevin arxasındayıq"-Əhməd Obalı

2022-12-05

gun az article

“Günaz TV”-nin Azərbaycanda yayıma başlaması təklif olunub

2022-12-05

gun az article

Azərbaycanlı futbolçu Əli Dayinin mağaza və restoranı möhürləndi

2022-12-05

gun az article

Nərgiz Məhəmmədi qadın məhbuslara təzyiqlərlə bağlı BMT nümayəndəsinə məktub yazıb

2022-12-05

gun az article

"Şuşa işğal olunanda deyilən bu sözlər yanlış çıxdı" - Əhməd Obalı

2022-12-05

gun az article

“20-30 ilə Güney Azərbaycanda ana dilində danışan gənc nəsil tapılmayacaq”-Əhməd Obalı

2022-12-05

gun az article

“Azadlıq səsi”ndə müzakirə: “İranın Azərbaycan qorxusu”  və “Güney Azərbaycanın istiqlalı tarixi zərurətdir”-VİDEO

2022-12-05