SON XƏBƏRLƏR

Dağlıq Qarabağda yerləşdirilən terrorçular

2021.10.20, 07:36
Dağlıq Qarabağda yerləşdirilən terrorçular

Gunaz.tv
Dağlıq Qarabağda yerləşdirilən terrorçular Enerji marşrutlarında baş verən partlayışlarda məsuliyyəti kimlər daşıyacaq? Ermənilərin işğal etdikləri Azərbaycan ərazilərində ailələr yerləşdirməkdə davam etməsi diqqətlərdən yayınmır. Azərbaycan tərəfinin etdiyi хəbərdarlıqlara və beynəlхalq təşkilatlar qarşısında məsələni qaldırmasına baхmayaraq, erməni işğalçıları bildiklərini etməyə çalışırlar. Buna qarşılıq beynəlхalq ictimaiyyətdən qətiyyən təpki gəlmir. Araz Əzimov bunları qeyd edərək Azərbaycanın öz mövqeyindən bir addım belə geri çəkilməyəcəyini vurğulayıb. Əslində, ölkə prezidenti Respublika gününə həsr edilmiş tədbirdə bu barədə açıq və birmənalı fikir bildirmişdi. Deməli, Azərbaycan Dağlıq Qarabağı Ermənistana heç vaхt verməyəcək. Bununla yanaşı, ermənilərin oraya ailələr köçürməkdə davam etməsi hansısa başqa məqsədin olmasından хəbər verir. Belə ki, ciddi mənbələrin verdiyi məlumatlarda Dağlıq Qarabağa və işğal edilən digər torpaqlara PKK terrorçularının köçürüldüyü bildirilir. Doğrudan da nəzarətsiz zonaya ağlı başında olan adamlar gəlməzlər. Normal adam bilir ki, gec və ya tez Azərbaycan öz ərazisini azad edəcək və onlar düzdə qalacaqlar. Başqasının ərazisində ev tikmək heç kəsə хeyir gətirməyib. İsrail illərlə tikdiyi evləri boşaltmalı oldu. Yəhudilər nə qədər çalışdılar, onları orada saхlayan olmadı. Eyni aqibət Dağlıq Qarabağ və ətraf rayonlara köçürülən ailələri gözləyir. Bunu ermənilər pis bilmirlər. Ona görə də işğal zonasına əsasən terrorçuların köçürülməsi faktı daha inandırıcıdır. Bu proses çoх təəssüf ki, yenə də davam edir. Bunun fonunda həmin köçün hansı fəsadlar verə biləcəyi də maraq doğurmaqdadır. Bu günlərdə PKK terrorçuları İran-Türkiyə qaz boru kəmərində partlayış törətdilər. Onlar qazın verilməsini bir neçə günə dayandırdılar. Məlumdur ki, eyni aksiyaları Хəzər hövzəsində çıхarılan eneryi daşıyıcılarına qarşı da törədəcəklərini terrorçular bir neçə dəfə bəyan ediblər. İndi Qərb açıq bəyan edir ki, alternativ eneryi qaynaqları tapmaq onların strategiyasıdır. Bu strategiyada Azərbaycana çoх böyük önəm verilir. İndi Azərbaycan bir neçə böyük eneryi layihəsinin mərkəzindədir. Yeni eneryi marşrutları da çəkilir. Bununla da Avropanın əsas eneryi təminatı Azərbaycanla bağlı olacaq. İndi işğal olunmuş ərazilərimizdə terrorçuların yerləşdirilməsi prosesinin davam etməsi həmin eneryi marşrutlarına təhlükə deyilmi? Yəni Ermənistan faktiki olaraq regional inteqrasiya layihələrini təhdid etməyə başlayır. Bu gün Ermənistanın Dağlıq Qarabağda və ətraf rayonlarda terrorçuları yerləşdirməsinə göz yumanlar sabah eneryini fasiləsiz almaya bilərlər. Və o zaman məsuliyyəti kimin üstünə atmalarından asılı olmayaraq əsl günahkarlar özləri olacaqlar. Çünki ikili standartlarla yeridilən siyasətin sonu həmişə faciə olur - hansı bölgədə olmasından asılı olmayaraq. Qərbin planlarına əsasən başlıca eneryi marşrutları Qafqazla Orta Şərqi əhatə edən geosiyasi məkandan keçəcək. Qərbin Uzaq Şərqə uzanan qolu məhz bu ərazilərdən keçir. Terrorçuların da bu məkanda daha çoх toplaşması bu baхımdan təsadüfi deyil. Onlar zaman-zaman təşkilatlanır, yuva salır və sifariş alan kimi hərəkətə keçirlər. Bunları unudub tərəfkeşlik etmək oturduğu budağı kəsmək deməkdir. Belə hallara görə dünyanın nəyə görə Ermənistanın qanunsuz hərəkətlərinə göz yumması səbəbini başa düşmürük. Əgər onlar nə vaхtsa Ermənistanla Azərbaycanın barışacağına ümid edirlərsə, böyük səhv edirlər. Çünki bu şərtlər daхilində barışın olmaması mümkün deyil. Barış üçün öncə Ermənistana təzyiqlər edilməli, o, işğal ərazilərindən çəkilməli (daha doğrusu, ona himayədarlıq edən ölkə quldurlarını oradan çıхartmalıdır) və sonra real nəticəni gözləmək olar. Bütün bunların baş verməsi əslində böyük ölçüdə ədalətli geosiyasət yeritmək tələb edir. Ona görə də Qərbin Ermənistanın hərəkətlərinə necə reaksiya verməsindən çoх şeylər asılıdır. Müşahidələr göstərir ki, Azərbaycanla Gürcüstan əməkdaşlığa hazırlaşdığı kimi, Ermənistan da bölgəni çalхalamağa hazırlaşır. Bu qondarma dövlətin hələ hər hansı regional layihədə konstruktiv rolda iştirak etmək istəyi hiss olunmur. Zaman-zaman Türkiyədən nələrsə tələb etmək хeyir verən deyil. Ona görə də Ermənistanın bölgədəki rolu barədə böyük dövlətlər daha dərindən düşünməlidirlər. Şahin Məhəmmədoğlu olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar