SON XƏBƏRLƏR

Dağlıq Qarabağdakı separatçı rejim kürd Nedim Sevenə "siyasi sığınacaq" verməyə hazırdır

2021.10.20, 07:36
Dağlıq Qarabağdakı separatçı rejim kürd Nedim Sevenə "siyasi sığınacaq" verməyə hazırdır

Gunaz.tv
PKK xəzinədarına separatçı dəvəti Dağlıq Qarabağdakı separatçı rejim kürd Nedim Sevenə "siyasi sığınacaq" verməyə hazırdır. Erməni İnqilabi Federasiyası-Daşnaksutyunun Qarabağ bürosunun rəhbəri Vahan Artikyanın dediyinə görə, Nedim Seven "millətinin gələcəyi uğrunda mübarizə aparan demokrat, insan haqlarının təntənəsinə çalışan insan" olduğundan qarabağlı ermənilər onu öz torpaqlarında görməyə "yalnız şad" olarlar. N.Seven isə PKK terror təşkilatının xəzinadırıdı. O, Romadan İrəvana yollanmaq istəyərkən Parisdə tutulub. Bir qədər əvvəl Fransa paytaxtının ikinci dairə məhkəməsi terrorçunun Türkiyəyə ekstradisiyası ilə bağlı rəsmi Ankaranın tələbinə baxmışdı. Həmin prosesdə məhkəmə Nedim Sevenin gerçəkdən də PKK-nın üst düzəydəki mənsublarından biri olmasına dəlalət edən danılmaz faktlar tələb etmişdi. Türkiyə bu faktları və sənədləri artıq təqdim etdiyindən, N.Sevenin Ankaraya veriləcəyi gözlənilir. Lakin N.Seven və PKK-nın daha 7 üzvü Fransa ərazisində çeşidli cinayətlər törətməkdə günahlandırıldığından hadisələr fərqli məcrada inkişaf edə bilər. Belə ki, Fransa Sevenin məhkəmə prosesini keçirib onu azadlıqdan məhrum etmək və Parisdəki həbsxanaya gömmək istəyir. Törətdiyi cinayətlərdən dolayı keçirilmiş məhkəmə prosesində hakimin barəsində pullu zaminə buraxılma qərarını qəbul etdiyi PKK xəzinadarı məhkəmə zalını tərk etdiyi gün İtaliyaya yollanmışdı. O, Roma hava limanında təyyarəyə minərək İrəvana getmək istəyirdi. Terrorçu təyyarəyə oturarkən tutulub. İtaliyanın hüquq-mühafizə orqanları saxta pasportlu terrorçunu Parisin tələbi ilə Fransaya ekstradisiya ediblər. Nedim Sevenin Dağlıq Qarabağa "dəvət" almasına gəldikdə isə, bu təccüblü deyil. Türkiyə Milli İstihbarat Təşkilatına yaxın olan mənbələrin verdikləri məlumatlara görə, Ermənistanda PKK mənsublarının maliyyələşdirilməsi, habelə İrəvandakı zəngin kürdlərdən "Kürdüstan vergisi"nin alınması işlərinə rəhbərlik də N.Sevenin səlahiyyət dairəsindəki məsələlər arasında olub. Seven Dağlıq Qarabağda PKK-nın təlim və "reabilitasiya" bazasının yaradılması layihəsinin təşəbbüskarıdır. Məhz o, 4 il əvvəl Dağlıq Qarabağa gəlmiş, Xankəndidə separatçı rejimin rəhbərliyi ilə danışıqlar aparandan sonra Kəlbəcər, Laçın və Qubadlı rayonlarında olmuşdu. PKK həmin rayonlarda bazalar yaratmaq niyyətində idi. Lakin sonradan Rusiyanın təzyiqi və Ermənistanın PKK ilə əlaqələrinin faş olmasından çəkinməsi nəticəsində Azərbaycanın işğal altındakı üç rayonunda terrorçuların bazalarının yaradılması layihəsi qeyri-müəyyən müddətədək təxirə salınmışdı. Humay

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar