GünAzTV: İran İnqilab Keşikçiləri Korpusunun “Sepah”ın daha 2 üzvü, Rza Hüseyni və Əli Əkbər Zəvvar Suriyada gedən döyüşlərdə həlak olub.
Bəşər Əsədə və onun rejiminə dəstək məqsədilə Suriyaya göndərilən “Sepah”çılar, bir neçə gün əvvəl bu ölkənin Hələb əyalətində müxalif qüvvələrlə qarşıdurmada öldürülüb. Hər iki “Sepah”çının meyiti ölkəyə gətirilərək dekabrın 20-də İranın Rəzəvi Xorasan əyalətinin mərkəzi sayılan Məşhəd şəhərində torpağa tapşırılıb.
İran, Əsəd rejiminin əsas himayədarlarından biri sayılır. Son illər Suriya hökumətinə dəstək məqsədilə bu ölkəyə göndərilən minlərlə “Sepah”çı, Əsədə müxalif qüvvələrin əli ilə öldürülüb.
A.M