SON XƏBƏRLƏR

Daha 3 PKK terrorçusu məhv edilib

2021.10.20, 07:36
Daha 3 PKK terrorçusu məhv edilib

Gunaz.tv
Daha 3 PKK terrorçusu məhv edilib Ankara – APA. Türkiyənin cənub-şərqindəki Tunceli rayonunda təhlükəsizlik qüvvələri ilə PKK terrorçuları arasında toqquşma baş verib. APA-nın məlumatına görə, Qızılməscid kəndi yaxınlığındakı döyüşdə 3 terrorçu məhv edilib. Ərazidə əməliyyat-axtarış tədbirləri davam etdirilir. apa ------------------------------------------------------------------------- ABŞ-da yaşayan müsəlmanların siyahıyaalınması aparılacaq Bakı. Laçın Sultanova - APA. ABŞ-ın bir sıra hüquq-müdafiə və statistika təşkilatları ölkədə yaşayan müsəlmanların siyahıyaalınmasını həyata keçirəcəklər. APA-nın “USA Today” qəzetinə istinadən yaydığı məlumata görə, bu kampaniyanın təşkilatçıları hesab edirlər ki, yeni tədqiqat amerikalı müsəlmanların sayı və etnik mənsubiyyəti haqqında daha dəqiq informasiya əldə etməyə imkan verəcək. Tədqiqatın nəticələri 2009-cu ilin əvvəlində açıqlanacaq. Qəzet yazır ki, 2001-ci ildə Amerika-İslam Münasibətləri Şurasının (The Council on American Islamic Relations - CAIR) apardığı tədqiqata əsasən ABŞ-da 6-7 milyon müsəlman yaşayır. Onların 33 faizi Cənubi Asiya əsilli, 30 faizi – afrikalı, 25 faizi isə ərəbdir. apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar