SON XƏBƏRLƏR

Daha bir erməni yalanı..._ Ermənistanın mobil operatoru "Azerfon"la rouminq razılaşması olması barədə saxta məlumat yayıb

2021.10.20, 07:36
Daha bir erməni yalanı..._ Ermənistanın mobil operatoru "Azerfon"la rouminq razılaşması olması barədə saxta məlumat yayıb

Gunaz.tv
Daha bir erməni yalanı... Ermənistanın mobil operatoru "Azerfon"la rouminq razılaşması olması barədə saxta məlumat yayıb Azərbaycanın üçüncü GSM operatoru olan "Azerfon" MMC ("Nar Mobile" ticarət nişanı) bu yaxınlarda mobil rabitə operatorları haqqında məlumatları əks etdirən www.gsmworld.com İnternet saytında özünün rouminq tərəfdaşları haqqında yalan məlumatı aşkar edib. "Azerfon"dan "APA-Economics"ə verilən məlumata görə, həmin saytda Ermənistanın mobil operatorlarından birinin "Nar Mobile" ilə rouminq razılaşması əldə etdiyi barədə saxta məlumatlar yayılıb. "Azerfon" şirkəti artıq "GSMworld" təşkilatının ABŞ və Böyük Britaniyada yerləşən ofislərinə rəsmi şikayət məktubu göndərib. Saytın rəhbərliyi cavab olaraq bildirib ki, yanlış məlumat qısa müddət ərzində aradan qaldırılacaq. express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar