SON XƏBƏRLƏR

Daha bir irqçilik faktı: Tehranda əfqanlar stadionlara buraxılmır! - VİDEO

2021.10.20, 07:36
Daha bir irqçilik faktı: Tehranda əfqanlar stadionlara buraxılmır! - VİDEO

Gunaz.tv

GünAz TV: Tehranda Əfqanıstan ölkəsindən gələnlərin idman stadionlarına buraxılmadığı barədə xəbər yayılıb.

 

Hökumət qüvvələrinin irqçi hərəkətini bir Əfqanıstan vətəndaşı ifşa edib.

 

Videoda qeyd olunduğu kimi, bir əfqan futbol yarışını izləmək üçün Tehrana gəlib, lakin o Əfqanıstandan olduğu üçün Azadi stadionuna buraxılmayıb.

 

Bu barədə Əfqanıstan vətəndaşının dediyi sözləri aşağıdakı videodan izləyə bilərsiniz:

https://www.youtube.com/watch?time_continue=1&v=jIWxmH1BAGM&feature=emb_logo

 

Tehran stadionlarında oxşar irqçilik faktlarına Güney Azərbaycan komandaları ilə görüş zamanı da rast gəlinir. Yarışlar zamanı Azərbaycan türk milləti açıq şəkildə paytaxt komandalarının tərəfdarları tərəfindən təhqirlərə məruz qalır. Hökumət sistemli şəkildə edilən təhqirlərə səssiz qalaraq irqçilərin bu qeyri-insani hərəkətini görməzdən gəlir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar