SON XƏBƏRLƏR

Daha bir qadın idmançı İranı tərk edib

2021.10.20, 07:36
Daha bir qadın idmançı İranı tərk edib

Gunaz.tv

GünAz TV: Asiya Oyunlarının taekvondo üzrə gümüş medalının sahibi Pərisa Fərşidi İranı tərk edərək Almaniyadan sığınacaq istəyib.

 

67 kiloqram çəki dərəcəsində çıxış edən xanım Pərisa Fərşidi 2010-cu il Asiya Oyunlarında gümüş, 2010-cu ildə Qazaxıstanda baş tutmuş taekvondo üzrə Asiya Çempionatında bürünc və 2013-cü ildə İndoneziyada keçirilmiş İslam Həmrəylik oyunlarında 62 kq çəki dərəcəsində bürünc medal qazanıb.

 

Son aylar ərzində idmançıların ardıcıl olaraq İranı tərk etməsi halları baş verir. Onlar buna səbəb kimi ölkəni cənginə alan ədalətsizlik, ayrı-seçkilik, ictimai və siyasi azadlıqların olmaması, təzyiqlər, eləcə də ağır iqtisadi şəraiti göstərirlər.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar