SON XƏBƏRLƏR

DAK BİRLİK QURULTAYININ YEKUNLARINA HƏSR EDİLMİŞ MƏTBUAT KONFRANSI KEÇİRİLMİŞDİ

2021.10.20, 07:36
DAK BİRLİK QURULTAYININ YEKUNLARINA HƏSR EDİLMİŞ MƏTBUAT KONFRANSI KEÇİRİLMİŞDİ

Gunaz.tv
DAK BIRLIK QURULTAYININ YEKUNLARINA HƏSR EDILMIŞ MƏTBUAT KONFRANSI KEÇIRILDI foto-2-2.jpg Mərkəzində (BMM) Dünya Azərbaycanlıları Konqresinın iyunun 21-dən 24-dək Belçikanın paytaxtı Brüssel şəhərində Birlik Qurultayının yekunlarına həsr edilmiş mətbuat konfransı keçirildi. Konfransı giriş sözü ilə DAK-ın yeni seçilmış həmsədri prof. dr. Paşa Qəlbinur açaraq, DAK-ın növbədənkənar Birlik Qurultayının yekunlarına dair hesabat verdi. O, 18 ölkədən 150-dən yuxarı nümayəndənin iştirak etdiyi X Qurultayın yüksək səviyyədə keçdiyini vurğuladı və bildirdi ki, bu mötəbər məclisdə diasporun bugünki durumu ilə yanaşı Qarabağ problemi, eləcə də Güney Azərbaycanda insan haqları məsələləri barədə məruzələr edildi, geniş müzakirələr aparıldı. Qurultayda həmçinin təşkilatı məsələlər, nizamnamədə dəyişikliklər edilməsi barədə media nümayəndələrinə məlumat verdi. Qurultaydan sonra iyun ayının 23-24-də Avropa Parlamentinin İqamətgahında nəzərdə tutulan seminarda Avropa Parlamentinin 9 üzvü və Azərbaycan tərəfindən 8 nəfərdən ibarət nümayəndə heyəti tədbir iştirakçılarına Güney Azərbaycandakı soydaşlarımızın insan haqlarının vəziyyəti və siyasi gələcəyi mövzusunda maraqlı məruzələr və çıxışlar etmişlər. Daha sonra DAK-ın Azərbaycan nümayəndəliyinin rəhbəri Nadir Orucov, DAK-ın Mədəniyyət və İncəsənət Mərkəzinin rəhbəri Ağalar Bayramov, qurultayda iştirak etmiş “Respublika” qəzetinin şöbə müdiri Mirvari Rəhimzadə və DAK-ın Ağsaqallar Şurasının rəhbəri Babaxan Muradov çıxış etmişlər. Sonda media nümayəndələrinin sualları ətraflı cavablandırılmış, DAK-ın gələcək planları barədə geniş məlumat verilmişdir. .: DAK :.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar