SON XƏBƏRLƏR

DAK HƏMSƏDRI PROF. PAŞA QƏLBINUR SANKT-PETERBURQDA GÖRÜŞLƏR KEÇIRIB

2021.10.20, 07:36
DAK HƏMSƏDRI PROF. PAŞA QƏLBINUR SANKT-PETERBURQDA GÖRÜŞLƏR KEÇIRIB

Gunaz.tv
DAK HƏMSƏDRI PROF. PAŞA QƏLBINUR SANKT-PETERBURQDA GÖRÜŞLƏR KEÇIRIB sankt-peterburq-1-22.jpg DAK həmsədri prof.Paşa Qəlbinur 12-15 iyul tarixində Sankt-Peterburqda Azərbaycan diaspor təşkilatları və orada yaşayan soydaşlarımızla görüş keçirmişdir. Görüşdə o, Dünya Azərbaycanlıları Konqresinin Birlik Qurultayının əhəmiyyətindən və digər diaspor təşkilatlarının fəaliyyətinə bu birliyin töhvə verəcəyini bildirmişdir. Xaricdə yaşayan soydaşlarımızın Azərbaycanın ümumilli problemlərinin həll olunmasında birgə iş birliyi və diaspora fəaliyyətinin genişləndirməsini zəruriliyinin əhəmiyyətindən danışmışdır. Özəlliklə Dağlıq Qarabağ münaqişəsinin, Güney Azərbaycandakı soydaşlarımızın milli və mədəni haqlarının əldə edilməsinin həll yollarını, eləcədə dünya ictimaiyyətinə soydaşlarımızın problemlərini çatırmaqda xaricdəki potensial gücümüzdən faydalı şəkildə istifadə etməyin vacibliyini görüş iştirakçılarına çatdırmışdır. Görüş zamanı Sankt-Peterburqda yaşayan diaspor təşkilatlarının rəhbərləri, eləcədə digər soydaşlarımız DAK-ın fəaliyyəti ilə bağlı öz təklif və münasibətlərini bildirmiş, Dünya Azərbaycanlılarının işbirliyini və həmrəyliyini daha da möhkəmlənməsinə çalışacaqlarını söyləmişlər. Görüşdə iştirak edən Sankt-Peterburq şəhər məclis deputatı Elşad İmanov, DAK İH üzvü Məzahir Həsənov, Sankt-Peterburq İqtisad Universitetinin dossenti Xəyyam Mirzəzadə, hərbi həkim, polkovnik Sabir Mirzəyev, Qoşqar Məmmədov, general Aleksandr İvanovic, Sankt-Peterburq hərb tarixi muzeyi direktoru Vvedenski Georgi Fduşerovic Azərbaycanın sürətli inkişafını yüksək qiymətləndirərək Dünya Azərbaycanlıları Konqresinin də xaricdə yaşayan soydaşlarımızla sıx əlaqələr yaratdığını və birləşdirici təşəbbüsləri təqdirəlayiq hesab edərək Rusiya ərazisində yaşayan azərbaycanlıların birgə fəaliyyət göstərmələri məqsədilə Sankt-Peterburq şəhərində DAK-ın nümayəndəliyinin açılmasının vacib olduğu bildirilmişdir. (Ünvan, Sankt-Peterburq, Marata küçəsi 53, tel/fax: (812) 572 11 21, e-mail: [email protected]/* */) Xatırladaq ki, DAK-ın Sankt-Peterburq nümayəndəliyinin rəhbəri DAK İdarə Heyətinin üzvü Məzahir Həsənov təyin olunub. Diqqətinizə çatdırırıq ki, Dünya Azərbaycanlıları Konqresi silsilə tədbirlərlə Azərbaycanlıların sıx yaşadığı ölkələrdə soydaşlarımızla ardıcıl görüşlər keçirməyi nəzərdə tutur. Bununla yanaşı beynəlxalq təşkilatlarda DAK-ın daimi nümayəndələri fəaliyyət göstərəcəyidə əsas fəaliyyətlərdən biri hesab olunur. www.dak.az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar