DAK-ın Birlik Qurultayından Prof. G.Səbri Təbrizinin müsahibəsi

2008-06-26 20:05

DAK-ın Birlik Qurultayından Prof. G.Səbri Təbrizinin müsahibəsi İyunun 22-də Qulamrza Səbri Təbrizinin sədr olduğu Dünya Azərbaycanlıları Konqresinin Brüsseldə qurultayı keçirildi. Tədbir iki gün davam edəcək, quruma yeni sədrin və idarə heyətinin seçilmə

Gunaz.tv Quote | Gunaz article

DAK-ın Birlik Qurultayından Prof. G.Səbri Təbrizinin müsahibəsi İyunun 22-də Qulamrza Səbri Təbrizinin sədr olduğu Dünya Azərbaycanlıları Konqresinin Brüsseldə qurultayı keçirildi. Tədbir iki gün davam edəcək, quruma yeni sədrin və idarə heyətinin seçilməsi gözlənilir. Bazar ertəsi isə qurultay nümayəndələri və beş Avropa Parlamenti üzvünün iştirakılə Avropa Parlamentinin binasında İranda azərbaycanlıların hüquqlarının pozulmasına dair seminar keçirilməsi planlaşdırılır. Bu qurultayda, elə professor Səbri Təbrizinin sədr seçildiyi DAK-dan ayrılaraq Demokratik DAK adı altında fəaliyyət göstərən qrup da iştirak edəcək. Təşkilatçıların Birlik qurultayı adlandardığı tədbirdə Demokratik DAK-la professor Təbrizinin başçiliği altındakı qurumun birləşməsi gözlənilir. Amma, deyəsən birlik qurultayı həm də ayrılıq qurultayıdır. Çünki bu tədbirdən az əvvəl, iyunun 6-8-də DAK İdarə heyətinin bir sıra üzvləri Almaniyanın Köln şəhərində başqa bir qurultay keçirərək Sabir Rüstəmxanlını təşkilata sədr seçiblər. İndi hər iki tərəf bir-birini qeyri-legitimlikdə, təşkilatın adından sui-istifadə edərək pul mənimsəməkdə günahlandırır. Xədicə İsmayılova Qulamrza Səbri Təbrizi ilə qurultay və DAK ətrafındakı olaylar barədə söhbətləşib. - Səbri bəy, sabah baş verəcək qurultay haqqda bizə danışardınız. - Sabah məruzələr olacaq. Neçə ölkədən, Amerikadan, Kanadadan, Azərbaycanın özündən professor Vaqif Sultanlı, professor Paşa Qəlbinur, Rusiyadan, Moskvadan professor Ramiz Abutalıbov çıxış edəcəklər. İkinci gün seçimdir. Kim sədr olacaq, kim idarə heyətinə seçiləcək – bununla bağlı rəy alınacaq. Üçüncü gün Avropa Parlamanında yığıncağımız olacaq. Orada Cənubi Azərbaycanda insan hüqüqları ilə bağlı söhbət olacaq. Biz istəyirik ki, insan haqqları konseyləri, Avropa Şurası köməklik eləsin ki, bizim məktəblərin açilmasında, orada insanları tutub işgəncə verməsinlər, bilirsiniz ki, təzəlikcə birini də şəhid ediblər, bir-neçəsi yaralanıbdır. Bu cür söhbətləri biz orada edəcəyik, yəni insan hüqüqları haqqında. Bizim qurultayın əhəmiyyəti budur ki, bu birlik qurultayıdır, yəni Dünya Azərbaycanlıları Konqresi ilə Demokratik Dünya Azərbaycanlıları Konqresi bir tarixi surətdə burada, Brüsseldə, bu qurultayda birləşirik. Bunu da mən Almaniyada seçiləndən sonra təklif etdim və dogrudur, çox zəhmlərə düşdük, amma xoşhalam ki, bu öz nəticəsini görür və bizim o birlik uşağı dünyaya gəlir. Neçə dənə qurumlar var bir belə müxtəlif adlarda, hərgah hamısının məqsədi budur ki, biz öz vətənimizə, dilimizə, anamıza xidmət edək-bu lazım deyil ki, hərəsi bir adla ola. Mənim DAK sədri kimi məqsədim budur ki, gərək hamı birləşə. Bir səslə həmişə söhbət edək. Güc birlikdədir. Xoşhalam ki, buna müvəffəq olmuşam və elə edə bilmişəm ki, birliyk bura gəlib yetib. Fəxr edirəm ki, mən bu işi yerləyə bilmişəm. - Bəs bu birliyk qurultayından öncə, nə qədər qəribədir ki, yeni bir parçalanma haqda xəbərlər aldıq. Bunu necə izah edirsiniz? - Bunun haqqında cox yazılıb. 5-6, 4-5 nəfər ayrıldı oradan və biz onlara təklif etdik ki, səbr edin, onlar dedilər istəyirik Sabir Rüstəmxanlı sədr olsun. Dedik, sədrlikdirsə gəlin bu qurultayda sədr olun. Gözləmədilər, orada qurultay keçirdilər, onun da legitimliyi yoxdur. Biz onu tanımırıq və birlik budur. Orada kiminlə birliyə getdilər? Biz parçalanmış adamlarıq, onlarsa getdilər özlərinə qurultay keçirdilər. Amma mən istərdim ki, hamı gəlsin bir yerə. İndi gəlmişik bir yerə - DAK və DDAK, mən təklif etdim Sabir Rüstəmxanlıya da gəlsin, özünü elan eləsin sədr, burada rəy verilsin, rəy bir yerə çıxsın və biz onu təbrik edək. Amma caş-başlıq yaradıb bu şeylər, onlar legitim deyillər və biz onları tanımırıq. - Səbri bəy, indi yenə namizədliyinizi verəcəksiniz sədrliyə? - Xeyr, mən verməyəcəyəm. Mənim sədrlikdən də qabaq beynəlxalq məsuliyyətim var idi diasporada, istəyirəm elə orada qalam, dərsimi deyim, zehni işlərlə məşğul olum. Ağsaqqal kimi mən köməklik edəcəyəm DAK-a, diasporaya, inşallah cavanlardan, gənclərdən gəlsinlər, idarə eləsinlər. Mən o ərz elədiyim missiya ki var - gətirim, yetirim bunu birliyə - gəlsin, yetsin birliyə və mən xoşhal olaram bundan. - Bəs sədr görmək istədiyiniz adam varmı? - Xeyr, mən bir adamı da təklif eləməyəcəyəm. Mən bir demokratik adamam. Hər kəs sədr istəyində azaddır və hər kəs ki, rəy çox gətirsə o da sədrir. Mən müxalifəm tapşırmağnan, dostbazlıqnan. Necə ki məni seçdilər, mən əksəriyyətlə gəldim çıxdım, burada da istəyirəm o cürə olsun. Hər kəsin ki, əksəriyyəti var – sədr olsun və onu qəbul eləsinlər. - Belə fikirlər gəzir və bu fikirlər elə bir adamlara məxsusdur ki, nə Sizin rəhbərlik elədiyiniz qurultaya, nə də o biri qurultaya qatılırlar və DAK-ın fəaliyyətinə çox tənqidi yanaşırlar, onlar deyir ki, - Dünya Azərbaycanlıları Konqresinin adını daşıyan bu təşkilatın azərbaycanlıların ciddi problemləri olan, deyək ki, İran azərbaycanlılarının hüquqları kimi məsələdə və başqa məsələlərin həllində o qədər də böyük rolu yoxdur və təşkilat olaraq bu qurum indiyə qədərki dövr ərzində kifayət qədər iş görməyibdir. İndiyə kimi beynəlxalq insan hüquqları təşkilatları ilə ünsiyyətdə olan adamlar da sırf fərdi şəkildə bu işi görüblər. Siz necə, DAK-ın bu məsələlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasındakı rolu barədə nə düşünürsünüz? - Mən bunların çoxu ilə razıyam. Yəni deyilən söhbətlərlə təmamilə razıyam. İndiyəcən DAK lazımı vəzifəsini verməmişdi. O adamlar ki, bu görüntüdən çəkilmişdilər kənara, amma indi onlarda bir inam yaranıb, gəlsinlər, mən hamını dəvət edirəm birliyə. Və onlar düz deyirlər. Mən də elə o məqsədlə gəldim ki, bu boşalmış DAK-ı elə bir vəziyyətə gətirək ki, faydalı olsun, millətinə xidmət etsin. Yəni boş təbil kimi səslənməsin. Onların sözləri ilə, fikirləri ilə razıyam. Mən özum də bu tənqidi edən adamlardanam. - Amma tənqidlərdən bəziləri həm də o barədədir ki, Sizin vaxtınızda da DAK belə fəal olmadı. - Ondan ötrü ki, bizim vaxtımızda bunlar – mən əminim idim ki, bizlə həmkarlıq eləyirlər – durdular sədarət davasına. Bəzi bisəviyyə adamlar, yazılar və sair bizim diasporaya biabırçılıq gətirdi. Mən ondan da özüm narazıyam. Gərək bu olmamayaydı, və elə bu dəlillərə görə mən istəmədim sədr olam və bu cürə adamlarla üz-üzə gələm. - Siz həm də professorsunuz, dərs deyirsiniz, amma bu son illərdə Sizin üzərinizə Dünya Azərbaycanlıları Konqresinin idarə olunması kimi sırf menecment işi düşüb. Bi işin öhdəsindən necə gəldiyinizi düşünürsünüz və ümumiyyətlə Dünya Azərbaycanlıları Konqresinin büdcəsi nə qədər olub, Sizdən əvvəlki dövrdə və Sizin dövrünüzdə və o büdcə hansı mənbələrdən maliyələşib və hara xərclənib? - Mən onlara hesabat verə bilmərəm, çünki DAK-da müxtəlif mənafe güdənlərə pul verillib, amma mən aşkar deyə bilərəm ki, bu bir ilin ərzində bizə 1 manat da olsun nə dövlət komitəsindən, nə də obirilərindən kömək olub. Mən bunların demək olar hamısını öz cibimdən vermişəm, hətta işçilərin də. Mən müxalifəm ki, DAK ona-buna əl aça və pul ala. DAK-ın gərək özünün gəliri ola, diasporanın gərək özünün gəliri ola. Yəhudilərin bu cürə gəliri var, yunanların var – hamının disasporasının gəlirləri var. O gəlirlə gərək idarə oluna ki, müstəqil ola. Mən müstəqilliyini qoydum aliyə. İki şey iistədim, mən ticarəti qoymayacağam və biz gərək müstəqil olaq, bir də ki, birlik. İkisinə də mən bu gün nail oldum. Amma təəssüflər olsun ki, o adamlar ki bilir bu birləşmə ilə onlar düşəcəklər, qalmayacaqlar, - istəmirəm adlarını çəkəm, illərlədir düşüblər zəli kimi DAK-in canına, DAK-ı xəstə vəziyyətinə gətiriblər, onlar bilirlər ki, birlik qurultayından onlar cıxmayacaqlar, onunçün bir belə hay-küy saldılar, bundan-ondan da pul mənimsədilər, torpaq aldılar, çox işlər olub ki, indi mən xırdalamaq istəmirəm, - biz onlardan uzağıq və uzaq qalmalıyıq. Mən fikirləşirəm ki, hər kəsin əgər disaporada işləmək fikri var, İŞLƏMƏK ha, doğrudan da ora işləmək – axı bura ticarətxana deyil – gəlsin işləsin millətinə. Və öz aralırandakı (iş) xərclərini imkanlarına görə bölsünlər. Birinin imkanı var, milli bir insan-sahibkar kömək eləmək istəyir, onlar özləri bilər qəbul eləsin-eləməsin. Amma yenə mən təkrar edirəm, bu bir ildə bizə heç bir kömək olmadı və hətta mən keçən sədr sayın Cavad Dərəxtinin hesabatını boş sandıqla aldim. Sandiqda bir dollar da yox idi. Və mən bunu qurultayda da dedim seçimdən sonra. İndi həmən vəziyyətdəyik, bizim hesabımızda heç-zad yoxdur və bundan sonra əgər istəyirik ki, diaspora işləyə, onlara gərək “donation” (pul yardımı - AR) ola. İqtisadi məsələdə bir fikirnən ola. -Siz dediniz ki, bundan əvvəl hökümət pul ayırmışdı. Nə qədər pul ayırıldığı haqqında bizə danışardız. Bu, yəqin ki, cənab Dərəxtinin başçılıq elədiyi dövrdə olub DAK-a. - Mən onlara hesabat verən deyiləm. Mən istərəm ki, siz onların özlərindən soruşasınız. Şayət, mən az deyəm, çox deyəm, mən onların hamısına hörmət qoyuram, amma mən bilirəm ki, dövlət komitəsi köməklik edib onlara. Rusiyadan köməklik ediblər, Ukraynadan köməklik ediblər, onlar özləri hesabat verməlidirlər. Mən, üzr istəyirəm ki, onların hesabatına məsul deyiləm. - Sabah Dünya Azərbaycanlıları Konqresinin sizəqədərki rəhəbrliyi də olacaqmı qurultayda? - Mən dəvət eləmişəm, bilmirəm gələcək, ya gəlməyəcək. Amma, nəhayət beynəlxalq qurultaydır, dünyanın hər yerindən gələcəklər – Amerikadan, Rusiyadan, Londondan, Avropanın çox şəhərlərindən – və sanballı, mənalı və çox kulturlu qurultayımız keçəcək. Məxsusən Avropanın deputatlarından 5 nəfər söhbət edəcək, mən özüm söhbət edəcəm, doctor Ziya Səddi söhbət edəcək. Seminarda ilk dəfə olaraq Azərbaycan məsələsi bu seminarda keçiriləcək. www.dak.az
Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV June.20.2021: HƏFTƏ SONU 1-Cİ BÖLÜM

2021-06-21

gun az article

Tikantəpədə saxtakarlıq: Kürd mənşəli nümayəndənin hərəkəti əhalini qəzəbləndirdi

2021-06-21

gun az article

Amerika mətbuatı güneyli siyasi məhbuslardan yazdı

2021-06-21

gun az article

Tehranın “Persopolis” klubu "Traxtur"un baş məşqçisini məhkəməyə verib

2021-06-21

gun az article

Şərqi Azərbaycanın ölüm saçan yolları: İnsan tələfatı ilə nəticələnən qəzaların sayı açıqlandı

2021-06-21

gun az article

Təbrizli atlet Qazaxıstanda beynəlxalq yarışın qalıbı olub

2021-06-21

gun az article

Təbrizli ixtiraçı beynəlxalq mükafat aldı

2021-06-21

gun az article

"O təbrizlidir, söz anlamaz"-İranın rəsmi televiziyası azərbaycanlıları təhqir etdi

2021-06-21

gun az article

Urmu gölünün səviyyəsi yenə azalıb

2021-06-21

gun az article

Güneyli fəal Salar Tahir Əfşar Urmu həbsxanasına qayıdıb

2021-06-20

gun az article

Xoyda əməliyyat: Külli miqdarda heroin aşkar edilib

2021-06-19

gun az article

“Tikantəpə Birlik Səsi” seçki qrupu şəhər şurası seçkilərini qazandı

2021-06-19

gun az article

Güney Azərbaycanda koronavirusdan öllənlərin sayı açıqlandı

2021-06-19

gun az article

Urmu gölünün quruması barədə yenidən xəbərdarlıq edilib

2021-06-19

gun az article

Edama məhkum olunan azərbaycanlı alim Əhməd Rza Cəlalinin yeri dəyişdirilib-Vəkilindən açıqlama

2021-06-19

gun az article

"İranda əhalinin yalnız 22% -i seçkilərə qatılıb"- Sorğunun nəticələri açıqlandı

2021-06-19

gun az article

"Urmu Birlik Səsi” koalisiyası şəhər şuraları seçkilərində qalib gəldi

2021-06-19

gun az article

Urmuda seçki məntəqələrində qarşıdurma baş verib-VİDEO

2021-06-19

gun az article

İranda seçki: "Prezident seçimləri iqtisadi böhran və nüvə gərginliyi fonunda keçirilir"

2021-06-19

gun az article

GünazTV June.18.2021-Azadlıq səsi: Seçki biabırçılıqı

2021-06-19