SON XƏBƏRLƏR

“Dalğa” Qrupunun “El bağçası” konserti böyük rəğbətlə qarşılanıb – Təbrizdə / GÖRÜNTÜ

2021.10.20, 07:36
“Dalğa” Qrupunun “El bağçası” konserti böyük rəğbətlə qarşılanıb – Təbrizdə / GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: “Dalğa” Musiqi Qrupu yanvarın 18 və 19-da Təbrizin Petroşimi Amfiteatrında konsert verib.

 

Ustad Çingiz Mehdipurun rəhbəri olduğu musiqi qrupunun “El bağçası” konserti, izləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb.

 

 konsertdə 15 musiqi parçası ifa olunub.

 

“Dalğa” Musiqi Qrupuna “El bağçası” konsertinin keçirilməsi üçün uzun müddət cəhddən sonra icazə verilib.

 

Bu barədə ustad Çingiz Mehdipur ötən həftə “İsna” xəbər agentliyinə verdiyi müsahibədə məlumat vermişdir.

 

“Prosedur və zaman baxımından bizim qrupa konsert keçirmək üçün digər qruplarla müqayisədə daha çətin icazə verilir. 30 il təcrübədən sonra konsertlər üçün gərəkən mülahizələri nəzərə alırır, buna görə də “Dalğa” qrupuna etimad yarandığını gözləyirdim. Lakin bizim qrup konsertə icazə aldığı zaman daha çətin prosedurla üzləşdi”- deyə o bildirib.

 

Ustad Ç.Mehdipur idarə etdiyi musiqi qrupuna qarşı ayrı-seçkilik edən məsulları tənqid edərək əlavə edib ki, “əgər ivazə verilərsə, biz Şərqi Azərbaycanın bütün şəhərlərində konsert keçirə bilərik, bunun üçün tam hazırlığımız var.”

 

“Dalğa” Musiqi Qrupu Güney Azərbaycanın ən tanınmış musiqi qruplarından biridir. 1990-cı ildə (hicri-şəmsi təqvimi ilə 1369-cu il) Ç.Mehdipur tərəfindən yaradılan qrup dəfələrlə ölkədaxili festivallarda iştirak edib, böyük uğurlara imza atıb. “Dalğa” qrupu 30-dan çox ölkədə (Kanada, Türkiyə, Fransa, Almaniya, Hollandiya, İsveç, Yaponiya, Çin. Kolumbiya, Azərbaycan, İspaniya və s.), həmçinin ölkənin İsfahan, Həmədan, Kirman, Kiş, Tehran, Təbriz, Urmiyə, Zəncan və s. kimi şəhərlərində uğurlu konsertlərlə çıxış edib.

 

Qeyd edək ki, Güney Azərbaycan şəhərlərində konsert vermək istəyən fars musiqi qruplarına çox rahat şəkildə icazə verilir, lakin yerli musiqi qrupları məlum səbəblərə görə bu şansdan məhrumdur. Əhalinin rəğbətini qazanan və festivallarda uğurla çıxış edən Azərbaycan musiqi qrupları isə ikiqat ayrı-seçkiliyə məruz qalır.

 

Konsertdən şəkillər:

 

 

 

 

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar