SON XƏBƏRLƏR

“Ağdam” gəmi-bərəsi əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

2022.01.03, 14:51
“Ağdam” gəmi-bərəsi əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Gunaz.tv

Bu barədə ASCO-dan məlumat verilib.

Məlumata görə, “Zığ” Gəmi Təmiri Zavodunda aparılan işlər qısa vaxtda və yüksək keyfiyyətlə həyata keçirilib.

Gəmi-bərənin baş və köməkçi mühərrikləri, boru sistemləri, mexanizmləri (nasoslar), separatorları təmir olunub. Gəmi üzrə gövdə-qaynaq, elektrik quraşdırma və avtomatika işləri görülüb.

Eyni zamanda, gəminin baş göyərtəsi, maşın şöbəsində mexanizmləri, sualtı və suüstü hissələri obraziv qumla tam təmizlənərək rənglənib. Bundan başqa, dənizçilərun yaşayış və xidməti otaqları müasir tələblər səviyyəsində təmir edilib.

Dəniz sınaq yoxlamasından uğurla çıxan “Ağdam” yenidən istismara qaytarılıb. (report.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar