Ağdamda baza infrastrukturunun yaradılması bu ilin sonunadək yekunlaşdırılacaq

23.04.2022, 01:13

Ağdamda bərpa işləri çərçivəsində baza infrastrukturunun yaradılması bu ilin sonunadək yekunlaşdırılması gözlənilir.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi, Birinci vitse-prezidentin köməkçisi Emin Hüseynov jurnalistlərə bildirib.

“Əsas işlər yekunlaşmaq üzrədir, artıq sosial infrastrukturun tikintisinə başlanılıb. Həm 1 nomrəli məktəbin, həm xəstəxananın, həm yaşayış binasının, sənaye parkının, həm də tarixi-mədəni obyektlərin, imarət komplekslərinin tikintisi, Qiyaslı və Cümə məsçidlərinin restavrasiyasına başlanılıb.

Növbəti mərhələdə şəhərin mərkəzi hissəsində bilavasitə ictimai məkanların bərpası ilə məşğul olacağıq ki, bu da artıq bizi həmin Böyük Qayıdış mərhələsinə bir qədər də yaxınlaşdıracaq”, - E.Hüseynov qeyd edib.

Onun sözlərinə görə, Aqdamda bərpa işləri digər işğaldan azad edilmiş ərazilərdən ən qabaqdadır: “İlk olaraq Ağdam şəhərinin Baş planı Prezident İlham Əliyev tərəfindən təsdiq olunub. O dövrdən etibarən, 2021-ci il mayin 28-dən etibarən bu proseslər geniş vusət alıb və başlayıb. 

Hazırda əsas baza infrastrukturunun çəkilişi, bundan əvvəl 1 000 adam tərəfindən təmizləmə işləri çox sürətlə həyata keçirildi və çox çətin də olsa artıq bir neçə dəhliz açılıb.

Hazırda o dəhlizlərdən istifadə edərək baza infrastrukturu çəkilməkdədir. Ağdama yolun çəkilişi əslində qrafikə görə gələn il yekunlaşmalıdır, amma biz hesab edirik ki, bu ilin sonunadək yekunlaşa bilər. Bunun üçün əlimizdən gələni edirik”.

E.Hüseynov əlavə edib ki, şəhərə artıq elektrik enerjisi çəkilib, Ağdam-1 və Ağdam-2 yarımstansiyaları, Qarabağ Rəqəmsal İdarəetmə mərkəzi tikilib və “Azərnenerji” tərəfindən istifadədyə verilib: “Hazırda rayona magistral qaz xəttinin və su xəttinin çəkilişi üzrə layihələndirmə işləri yekunlaşır.

Birinci rübün yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu il ərzində əsas su anbarı olan Xaçınçay və Ağdamkənd, onlardan çıxan kanalların bərpası ilə bağlı artıq layihələndirmə işləri yekunlaşmaq mərhələsindədir. Bərpa işləri üçün tenderlər elan olunacaq və bu işlərə başlanılacaq”. (report.az)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

XİN sözçüsü: Ermənistan tərəfi sülh sazişi üzrə danışıqlara hələ də qayıtmayıb

2023-03-25

gun az article

"Hərbçilərin sayı artırılmalıdır"-Medvedev

2023-03-25

gun az article

“Havadarları Ermənistanı müharibəyə təhrik edir”-Politoloq

2023-03-25

gun az article

İran tarixdə ən uzun inflyasiya dövrünü yaşayır

2023-03-25

gun az article

İran Azərbaycanla sərhəddə yeni hərbi təlimlərə hazırlaşır

2023-03-25

gun az article

İsrail və İngiltərə baş nazirləri arasında İranla bağlı danışıq olub

2023-03-25

gun az article

BMT-də İran və Ermənistan haqqında sərt sözlər – VİDEO

2023-03-25

gun az article

Prezident İlham Əliyev yunanıstanlı həmkarına təbrik məktubu göndərib

2023-03-25

gun az article

İranda uruc tutmayanların iş yerləri bağlanır

2023-03-25

gun az article

ABŞ senatoru: "İran neft emalı zavodları vurulsun"

2023-03-25

gun az article

İranda yol qəzalarında hər gün 40 nəfər həyatını itirir

2023-03-25

gun az article

Zahidanda nümayişlər keçirilib

2023-03-25

gun az article

Suriyada öldürülən İrana bağlı qüvvələrin sayı artdı

2023-03-25

gun az article

Sarqsyan: “Ermənistan hakimiyyətinin gücü onun həyasızlığındadır”

2023-03-25

gun az article

“Forbes”: “Rusiya Azərbaycan Ordusunun müharibə təcrübəsindən yararlana bilərdi”

2023-03-25

gun az article

Ukrayna kəşfiyyatı: “Rusiya vətəndaşları Krımdan çıxır”

2023-03-24

gun az article

Sülhməramlıların yerləşdiyi ərazimizdəki qanunsuz erməni silahlıları mövqelərimizi atəşə tutub

2023-03-24

gun az article

Britaniya Azərbaycan Ordusunun hərbçiləri üçün təlim keçib

2023-03-24

gun az article

Əli Xameneyinin istefasını tələb edən qadının ağır həbs cəzası təsdiq edildi

2023-03-24

gun az article

BMT nümayəndəsi Tehran rejiminə qarşı təzyiqlərin artırılmasını istədi

2023-03-24