SON XƏBƏRLƏR

SEPAH-dan İraqa xəbərdarlıq: “Müxalif kürdlərin bazalarını məhv edəcəyik”

2021.10.20, 07:36
SEPAH-dan İraqa xəbərdarlıq: “Müxalif kürdlərin bazalarını məhv edəcəyik”

Gunaz.tv

Sentyabrın 29-da mediaya açıqlamasında o, İraq və bu ölkənin Muxtar Kürd Bölgəsinin rəhbərlərini təhdid edib.

Bildirib ki, müxalif kürd partiyaları və onların üzvləri İraq Kürdüstanı ərazisindən qovulmasa, SEPAH Kürdüstan Bölgəsinin ərazisində fəaliyyət göstgərən həmin qüvvələrin hərbi bazalarına qarşı hücumları sərtləşdirəcək.


“Əgər İraq hökuməti və rəsmi Ərbil bu barədə hər hansı bir tədbir görməsələr, SEPAH İraq Kürdüstanı ərazisində fəaliyyət göstərən müxalif kürdlərin kökünü kəsənə qədər hərbi əməliyyatlarını davam etdirəcək”, -deyə SEPAH terror təşkilatının quru qüvvələrinin komandanı Məhəmməd Pakpur bildirib.


İranın müxalif kürd partiyalarına yaxın mənbələrin bildirdiyinə görə, SEPAH son günlər İranın Kürdüstan əyalətinin İraqla həmsərhəd olan Banə və Mərivan şəhərlərinin sərhədyanı bölgələrinə çoxlu sayda yüngül və ağır hərbi texnika yeridib.


Xatırladaq ki, son həftələr SEPAH-ın pilotsuz uçan aparatları bir neçə dəfə İraq Kürdüstanı ərazisində fəaliyyət göstərən müxalif iranlı kürdlərin toplaşdığı məntəqələri raket atəşinə tutub.


A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar