SON XƏBƏRLƏR

Daniel Frid: “Azərbaycan Avropaya qaz nəqlində diversifikasiya mənbəyi hesab olunur”

2021.10.20, 07:36
Daniel Frid: “Azərbaycan Avropaya qaz nəqlində diversifikasiya mənbəyi hesab olunur”

Gunaz.tv
Daniel Frid: “Azərbaycan Avropaya qaz nəqlində diversifikasiya mənbəyi hesab olunur” danielfried.jpg Bakı. Tamara Qriqoryeva-APA. “Amerika Azərbaycanın Əfqanıstandakı hərbi kontingentinin sayını 90 nəfərədək artırmaq barədə niyyətini alqışlayır. Azərbaycanın NATO ilə münasibətləri inkişaf etdirmək imkanları da var”. APA-nın məlumatına görə, bu fikirləri ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Daniel Frid Konqresin aşağı palatasında “Qafqaz: Dondurulmuş konfliktlər və bağlı sərhədlər” mövzusunda dinləmələrdə çıxışı zamanı deyib. O, əsas diqqəti Azərbaycanın ABŞ-la energetika sahəsinə əməkdaşlığına çəkib: “Azərbaycan Avropaya qaz nəqlində diversifikasiya mənbəyi hesab olunur. Azərbaycan qazı yeni qaz kəmərləri şəbəkəsinin yaranmasına imkan verəcək ki, bunun nəticəsində bu sahəni inhisara almağın qarşısı alınacaq. Azərbaycan həmçinin enerji siyasətinin tənzimlənməsini həyata keçirir. Ölkədə Dövlət Neft Fondu yaradılıb, ölkə biznes və xarici sərmayə üçün münbit mühit formalaşdırmağa çalışır və korrupsiya ilə mübarizəni genişləndirir”. Ölkədə demokratik islahatların keçirilməsinə toxunan Daniel Frid bildirib ki, demokratiya həmişə Azərbaycanın əsas ənənələrindən biri olub. O, öz sözlərinin Azərbaycan Xalq Cümhuriyyəti dövründə insanlara seçim və digər azadlıqlar verilməsinə dair misallarla əsaslandırıb. Ölkənin prezident seçkiləri ərəfəsində olduğunu vurğulayan Daniel Frid bildirib ki, seçkilərin demokratik keçiriləcəyinə ümidvardır: “Biz seçkilərin təkcə seçki günü deyil, bütün kampaniya dövründə demokratik keçiriləcəyinə ümid edirik”. apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar