SON XƏBƏRLƏR

Danimarka İran əsilli Norveç vətəndaşını əhvazlı ərəb milli fəalına qarşı terror planlaşdırdırmaqda ittiham edib

2021.10.20, 07:36
Danimarka İran əsilli Norveç vətəndaşını əhvazlı ərəb milli fəalına qarşı terror planlaşdırdırmaqda ittiham edib

Gunaz.tv

GünAz TV: Danimarka Prokurorluğu İran əsilli Norveç vətəndaşının terror aktına hazırlıqda iştirak etməkdə günahlandırdığına dair məlumat yayıb. 

 

Məlumata əsasən, həmin şəxs İran xüsusi xidmət orqanlarının Danimarkada ərəb milli fəala qarşı hazırladığı terror hücumunu həyata keçirmək üçün fəaliyyət göstərirmiş.

 

Adı açıqlanmayan həmin şəxs 2018-ci ilin oktyabrında əhvazlı milli fəallardan birinə qarşı İran xüsusi xidmət orqanlarının Danimarkada hazırladığı terror planının aşkarlanması zamanı tutulmuşdu.

 

Danimarka Prokurorluğu yaydığı bəyanatda həmin şəxsi bu ölkədə terror həyata keçirmək üçün məlumat toplamaq və onları İranın kəşfiyyat orqanlarına ötürməkdə ittiham edib.

 

Onun vəkili 40 yaşlı müvəkkilinin bütün ittihamları rədd etdiyini bildirir. Cinayət işi üzrə məhkəmə prosesinin mayın 1-dən etibarən başlanacağı deyilir.

 

Xatırladaq ki, Danimarkanın təhlükəsizlik orqanları 2018-ci ilin sentyabr ayında qonşu ölkələrin xüsusi xidmət orqanları ilə birgə keçirdikləri əməliyyat çərçivəsində İran Danimarkada “Əl-Əhvaz Azadlıq Hərəkatı”nın liderlərindən birinə qarşı hazırladığı terror hücumunun qarşısını almışdı.

 

Ə.A

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar