SON XƏBƏRLƏR

Daşqın və sel qurbanlarının sayə artır. İranın 15 əyalətində 400 şəhər və kənd sel fəakəti ilə üz-üzə qalıb -FOTOLAR və VİDEOLAR

2021.10.20, 07:36
Daşqın və sel qurbanlarının sayə artır. İranın 15 əyalətində 400 şəhər və kənd sel fəakəti ilə üz-üzə qalıb -FOTOLAR və VİDEOLAR

Gunaz.tv

GünazTV: İranda iki həftədir güclü yağıntılar nəticəsində baş verən daşqın və sel fəlakətinin qurbanları artır.

 

Yayılan məlumatlara əsasən, aprelin 1-də İranın Loristan əyalətinin Məmulan və Veysiyan şəhərlərində böhranlı həddə çatmış sel nəticəsində daha 2 nəfər həlak olub. Əyalətin Kəşkan çayının tüğyan etməsinin ardınca Məlumlan şəhərinin qərbi hissələri su altında qalıb. Əyalətin bəzi hissələrində su səviyyəsinin 3 mətrə qədər yüksəldiyi bildirilir.

 

Loristan ostandarı Musa Xadimi aprelin 1-də baş vermiş təbii fəlakətlə bağlı jurnalistlərə açıqlamasında bildirib ki, əyalətin Məmulan və Poldoxtər şəhərlərində vəziyyət təhlükəli həddə çatıb: “Biz prezident Həsən Ruhanidən istəyirik ki, ölkənin bütün imdad və xilasedici qüvvə və imkanlarını Məmulan və Poldoxtər şəhərlərinin əhalisinə yardım üçün səfərbər etsin. Hesab edirəm ki, əgər tez bir zamanda Poldoxtər əhalisinə yardım göstərmək üçün əsaslı bir tədbir görülməsə, biz bu şəhərdə böyük bir insani faciənin şahidi olacağıq” – deyə Musa Xadimi əlavə edib.

 

Həmçinin Loristan ostandarının müavini Əhməd Muradpur mediaya açıqlamasında bildirib ki, əyalətdə üç çayın tüğyan etməsi nəticəsində onlarla şəhər və kənddə 150 min əhali ciddi təhlükə ilə üz-üzə qalıb. O bildirib ki, həmin əhali yaşadıqları evləri təcili tərk etməsələr, daha bir insani faciə baş verə bilər.

 

İranın daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli isə həmin gün jurnalistlərlə görüşündə ölkədə baş verən iki həftəlik sel nəticəsinin fəsadlarını açıqlayıb: “Bu iki həftə ərzində İranın 15 əyalətində 400 şəhər və kənd sel fəakəti ilə üz-üzə qalıb, ölkənin müxtəlif bölgələrində 25 min ev dağılıb, 60 min evə əsaslı ziyan dəyib. Bundan başqa 2199 kəndin yolları bağlanılıb, içməli su və elektrik xətləri sıradan çıxıb”- deyə Əbdülrza Rəhmani Fəzli bəyan edib.

 

Qeyd edək ki, son iki həftə ərzində İranın müxtəlif bölgələrində, o cümlədən də Mazandaran, Türkmənsəhra (Gülüstan),  Şimali Xorasan, Xuzistan, Loristan, Kohkiluye və Boyer Əhməd əyalətlərində, eləcə də Şiraz və digər şəhər və bölgələrdə baş verən daşqın və sel nəticəsində ən azı 50 nəfər həlak olub, yüzlərlə insan yaralanaraq xəstəxanalara yerləşdirilib. Təbii fəlakət nəticəsində minlərlə şəhər və kənd evlərinə xeyli ziyan dəyib.

 

 

 

 

 

 

 

 

VIDEOLAR:

 

 

 

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar