SON XƏBƏRLƏR

Deniel Kouts: “İran Rusiya və Çin ilə birlikdə Amerikadakı son seçkilərə təsir göstərməyə çalışıb”

2021.10.20, 07:36
Deniel Kouts: “İran Rusiya və Çin ilə birlikdə Amerikadakı son seçkilərə təsir göstərməyə çalışıb”

Gunaz.tv

GünAz TV: Amerika Milli Kəşfiyyat İdarəsinin direktoru Deniel Kouts İranın Rusiya Rusiya və Çin ilə birlikdə Amerikanın Nümayəndələr Palatasına keçirilmiş aralıq seçkilərinə müdaxilə etməyə çalışdıqlarını bildirib.

 

Seçkilərdən 40 gün sonra prezident Donald Trampa təqdim etdiyi hesabatda Deniel Kouts qeyd edib ki, İran, Rusiya və Çin Amerikada öz strateji mənfəətlərini təmin etmək üçün seçkilər zamanı müxtəlif formalarda prosesə təsir göstərməyə çalışıblar. Noyabr ayının əvvəlləri keçirilmiş seçkilərdən əvvəl bu 3 ölkə seçicilərə təsir göstərmək üçün təbliğat işləri həyata keçirib və müxtəlif kampaniyalar çərçivəsində öz maraqlarını amerikalılar arasında yaymağa çalışıblar.

 

Milli Kəşfiyyat İdarəsinin direktoru bildirib ki, qeyd edilən ölkələrin bütün cəhdləri uğursuz olub və seçicilərə və ya səslərin sayılması prosesinə təsir göstərəcək heç bir hal müşahidə edilməyib.

 

Deniel Kouts İran, Rusiya və Çinin seçkilərə hansı formada təsir etməyə çalışdıqlarının detallarını tam olaraq açıqlamayıb.

 

Xatırladaq ki, iranlı hakerlər bir neçə dəfə Amerika Birləşmiş Ştatlarına qarşı kiber hücumlar təşkil etməyə çalışsalar da, bunlar baş tutmayıb və rəsmi Vaşinqton bu hücumları təşkil edən hakerlərə qarşı sanksiyalar tətbiq edib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar