Deputatlar Şuşa Bəyannaməsinin imzalanmasını yüksək qiymətləndirir

2021-06-22 12:04

“100 il əvvəl Qars müqaviləsinin bağlanması Azərbaycanın inkişafına çox mühüm təsir göstərdi”.

Gunaz.tv Quote | Gunaz article

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib.

Deputat bildirib ki, 100 il sonra Azərbaycanın ərazi bütövlüyünün təminatçısı olaraq Şuşa Bəyannaməsi imzalandı: “Artıq Türkiyə və Azərbaycan arasında hərbi müttəfiqlik təsbit olundu. Bəyannamədə bəzi mühüm müddəaların yer alması bizim gücümüzü daha da artırır. Bu sənəd Azərbaycanın daha güclü ordusunun yaradılmasına sözsüz ki, öz töhfəsini verəcək”.


Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib ki, iki gün əvvəl Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərinin yekunları Vətən Müharibəsində parlaq qələbəmizin nəticələrinə tam uyğundur, 10 noyabr razılaşmasının ümumxalq səsverməsi ilə qəbuludur: “Digər tərəfdən, erməni xalqı və ordusu yeni müharibələrə qadir olmadığını, işğal partiyasının rəhbərləri Koçaryanın və Sarkisyanın 30 illik istismar düşərgələrində və səngərlərində bir daha ölmək istəmədiklərini nümayiş etdirdi. 

Əks halda, dünya tarixində məğlub Ali Baş komandana yenidən mandat verilməsi görünməmiş hadisədir. Deməli, Azərbaycanın qələbəsi 90-cı illərdə miflərlə aldadılmış başqa bir xalqı da xilas etdiyi üçün 687 min insan indi sülhə səs verir. Ona görə də 15 iyunda - Azərbaycan dövlətinin xilası günündə Şuşada Türkiyə dövləti ilə imzalanan hərbi-siyasi İttifaqı Ermənistana təhlükə kimi qələmə verənlərin qorxu və xof siyasəti nəticə vermədi. 

Çünki erməni xalqı başa düşür ki, onların təhlükəsizliyinə və siyasi gələcəyinə üçüncü dövlətlərin verdikləri hərbi təminat Türkiyə və Azərbaycanın qarantiyasını əvəz edə bilməz. İki dövlətin hərbi İttifaqı başqa ərazilərə hücum planı deyil, əksinə 100 illik Qars müqaviləsinə istinad edilməsi Şuşanı Qafqazın sülh mərkəzinə döndərir. Ərdoğanın səfəri qardaş ölkənin dövlət başçısının Şuşaya ilk səfəri olsa da, yeni seçilən İran prezidenti, o cümlədən, ABŞ və Rusiya rəhbərləri də gəlib Şuşada ölkə rəhbərinin ziyarətində ola bilərlər. Onlara da yol açıqdır”. (apa)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Türkiyədəki yanğınlarla bağlı Diasporla İş üzrə Dövlət Komitəsində “qaynar xətt” yaradıldı

2021-07-31

gun az article

Türkiyə Prezidenti azərbaycanlı yanğınsöndürənlərin gördüyü işlərdən danışdı-VİDEO

2021-07-31

gun az article

Azərbaycan Türkiyəyə sabah helikopter göndərəcək

2021-07-31

gun az article

Ərdoğan: "Azərbaycan Türkiyəyə yanğınsöndürən təyyarə göndərib"

2021-07-31

gun az article

Azərbaycanda son sutkada 633 nəfər COVID-19-a yoluxub, 174 nəfər sağalıb

2021-07-31

gun az article

Əfqanıstanda 60 nəfər selin qurbanı oldu

2021-07-31

gun az article

Türkiyədə meşə yanğınlarından həlak olanların sayı 6-ya çatıb

2021-07-31

gun az article

Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub

2021-07-31

gun az article

Milli Məclis sədri növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb

2021-07-31

gun az article

Qubada "Şəhidlər" xatirə-kompleksinin açılışı olub

2021-07-31

gun az article

Putinlə Ərdoğan arasında telefon danışığı olub

2021-07-31

gun az article

MN: "Azərbaycan Ordusunun atəşkəsi pozması barədə məlumat yalandır"

2021-07-31

gun az article

Tehranda benzin etirazlarında öldürülən aksiyaçıların doğmaları aksiya keçirib: Şəhid anaları həbs edilib

2021-07-31

gun az article

Cahit Bağçı Türkiyədəki meşə yanğınları ilə bağlı son vəziyyəti açıqladı

2021-07-31

gun az article

Azad edilən ərazilərdə 13 911 daşınmaz əmlakın inventarlaşdırılması tamamlanıb

2021-07-31

gun az article

Hərbi ekspert: "Ukraynalılar Azərbaycanın yolu ilə gedərək qələbə qazanmaq istəyirlər"

2021-07-31

gun az article

Leyla Abdullayeva: “Ermənistan Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa etdiyini qəbul etmək istəmir”

2021-07-31

gun az article

“Tokio-2020”: Türkiyə ilk qızıl medalını qazandı

2021-07-31

gun az article

Mövlud Çavuşoğlu Azərbaycan Prezidentinə təşəkkür edib

2021-07-31

gun az article

Azərbaycan XİN Ermənistan XİN-ə cavab verib

2021-07-31