SON XƏBƏRLƏR

Deputatlardan tələb: “Dövləti qorumaq bəhanəsiylə mədəni fəallara qarşı çıxarılmış ağır hökmlər dəyişdirilməlidir”

2021.10.20, 07:36
Deputatlardan tələb: “Dövləti qorumaq bəhanəsiylə mədəni fəallara qarşı çıxarılmış ağır hökmlər dəyişdirilməlidir”

Gunaz.tv

GünAz TV: İran Milli Məclisinin bir qrup millət vəkili məhkəmə sisteminin rəhbəri İbrahim Rəisiyə ünvanladıqları məktubda mədəni fəallar və jurnalistlərə qarşı çıxarılmış ağır hökmlərin dəyişdirilməsini tələb edib.

 

Məktubu yazanlar arasında Əli Mütəhhəri, İlyas Həzrəti, Qulamrza Heydəri, Pərvanə Sələhşuri, Həmid Zərabadi, Əli Növbəxt, Qasım Mirzayiniku, Əbdülkərim Hüseynzadə və başqa bir neçə deputatın adına rast gəlmək mümkündür.

 

Məktubda bildirilir ki, son dövrlər Mərziyə Əmiri, Atifə Rəngriz və Nida Naci kimi jurnalistlərə qarşı Beynəlxalq Əmək günündə keçirilmiş aksiyada iştiraklarına görə ağır həbs cəzaları verilib. Onlara qarşı irəli sürülən ittihamları cəmiyyət qəbul etmir. Belə ki, istər onların sivil vətəndaş kimi, istərsə də, jurnalist kimi reportaj hazırlamaq üçün aksiyaya qatılmaqları cinayət hesab edilmir. Eynilə bunu Nuşin Cəfərinin həbsi ilə əlaqəli də demək olar.

 

Deputatlar İbrahim Rəisiyə xitabən qeyd ediblər ki, ölkədəki siyasi sistemi qorumaq bəhanəsiylə mədəni fəallar və jurnalistlərə qarşı bu qədər ağır hökmlər oxumağa lüzum yoxdur və çıxarılmış qərarlar dəyişdirilməlidir.

 

Millət vəkillər məktubda yalnız son həftələr ərzində tutulan və təzyiqlərə məruz qalan bir neçə sivil aktivistin adını çəkiblər. Onlar son aylar ərzində Abbas Lisani başda olmaqla, saxta ittihamlarla ağır həbs və sürgün cəzalarına məhkum edilən güney azərbaycanlı milli mədəni fəalların adını məktubda qeyd etməyiblər.

 

Qeyd etmək lazımdır ki, son günlər ərzində İran rejimi Əmək günü aksiyasında iştirak edənlərə ağır həbs cəzaları verməklə yanaşı, Xamneyini istefaya çağıran bəyanatı imzalayan siyasi fəallardan çoxunu da saxta təhlükəsizlik ittihamları ilə həbs edib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar