SON XƏBƏRLƏR

Dik Çeyni Azərbaycana və Gürcüstana səfər edəcək

2021.10.20, 07:36
Dik Çeyni Azərbaycana və Gürcüstana səfər edəcək

Gunaz.tv
Dik Çeyni Azərbaycana və Gürcüstana səfər edəcək 20080317170258cheney.jpg Cənab Çeyni həmçinin Ukraynaya səfər edəcək. Ağ Ev bəyan edib ki, Amerikanın Vitse-Prezidenti Dik Çeyni gələn ayın əvvəllərində Gürcüstana və Azərbaycana gələcək. O, Gürcüstanda Prezident Mixail Saakaşvili ilə görüşəcək. Müxbirlər deyir ki, bu səfər Vaşinqtonun Rusiya ilə münaqişədə Gürcüstana dəstəyi kimi izah olunur. Cənab Çeyni həmçinin Ukraynaya səfər edəcək. Bu arada isə, Rusiya Prezidenti Dmitri Medvedyev Moldovanı xəbərdar edib ki, Gürcüstanın səhvlərini təkrar etməsin. O, deyib ki, Moldova separatçı Dnestryanı vilayəti almaq üçün Gürcüstan kimi silahdan istifadə etməməlidir. O, eyni zamanda bildirib ki, münaqişənin həlli üçün yaxşı perspektiv var. Dnestryanı region 1992-ci ildə Moldova hökumətindən ayrıldığını elan edib. O, bildirib ki, Prezident Voroninlə görüşərək Dnestryanı regiona Moldova daxilində geniş muxtariyyət vermək barədə razılığa gəlib. bbc

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar