SON XƏBƏRLƏR

Dini missionerlər və tərbiyəsizlik yayan videogörüntülər

2021.10.20, 07:36
Dini missionerlər və tərbiyəsizlik yayan videogörüntülər

Gunaz.tv
Dini missionerlər və tərbiyəsizlik yayan videogörüntülər Azərbaycanlılara qarşı təxribatların bəzi cəhətləri Azərbaycan dövlət olaraq daha çox uğur qazandıqca ona qarşı ideoloji mübarizə aparanların narahatlığı artır. Bu qüvvələr cəmiyyətimizi içəridən parçalamaq və onun mənəvi-əxlaqi mühitini korlamaq üçün dəridən-qabıqdan çıxırlar. Əksər hallarda bunları elə pərdələnmiş halda edirlər ki, əsl vəziyyət aydın olmur. Belə ki, ayrı-ayrı fərdləri yoldan çıxarıb, maddi maraq əvəzinə müxtəlif işlərə təhrik edirlər. Nəticədə cəmiyyət üçün təhlükəli olan hadisələr baş verir. Son bir neçə ayın müşahidəsi bu bağlılıqda iki olayı maraq dairəsinə gətirir. Birinci olay Azərbaycanda uşaqların da iştirak etdiyi əxlaqsız videogörüntülərin daha geniş yayılmasıdır. İkinci olay isə dini missionerlərin gizli fəaliyyətlərini gücləndirməyə çalışmasını ifadə edən məlumatların yayılmasıdır. Paytaxtda "uşaq pornoqrafiyası" adlanan və mənfi təsiri çox olan videogörüntülərin mobil telefonlara ötürülməsi halları çoxalıb. Bu görüntülərdə azərbaycanlı uşaqların və yeniyetmə qızların guya tərbiyəsizliklə məşğul olduqları çatdırılır. Həmin görüntülərdə bəzən qız uşaqları bir-biri ilə tərbiyəsiz davranırlar. Düşündürücüdür ki, bu kadrların adını həmişə azərbaycanlı psixologiyasını qıcıqlandıran formada qoyurlar. Bu kimi məlumatlar KİV-də verilib və onu indi hər kəs eşidib. Ancaq həmin prosesin öncə məhdud dairədə başladığını təxmin etmək olar. Bəs bu işdə məqsəd nədirğ Sadəcə, pul qazanmaqmığ Hesab etmirik ki, bu belədir. Bu kimi olayların arxasında müəyyən təxribatçı qüvvələrin durması ehtimalı daha çoxdur. Çünki burada hər bir kadrda müəyyən bir ideoloji məqamın olduğu haqqında fikirlər söylənilir. Həmin məqam da guya azərbaycanlı uşaq və yeniyetmə qızların belə tərbiyəsiz, əxlaqsız olması və istənilən pozğun işə getməyə hazır olmasının qabardılması ilə bağlıdır. Ailə ənənələri güclü olan Azərbaycanda bu kimi hərəkətlər heç vaxt qəbul edilə bilməz. Deməli, cəmiyyətdə öz balalarına qarşı bir inamsızlıq, kin, nifrət oyatmaq məqsədi özünü göstərir. Azərbaycanlıların artıq ailəyə öncəki kimi böyük diqqətlə yanaşmadıqlarını çatdırmaq istəyirlər. Onu da deyək ki, Türkiyə KİV-də dərc olunan materiallardan görünür ki, analoji olayları orada da yaratmağa çalışırlar. Bu da əslində məsələnin kökünün uzaqlara getdiyini göstərir. Etiraf edək ki, bəzən jurnalistlərimiz rəqibin informasiya tələsinə düşürlər. Məsələn, bu yaxınlarda adı pozğunluqda çıxmış bir qızın guya türkə ərə getdiyi və bu səbəbdən ondan əl çəkilməsinin istənməsi haqqında məlumat verildi. Yəni türklər hətta ən namussuz qadınla da evlənirlər kimi absurd bir fikir oyatmaq istəyirlər. Nəzərə alaq ki, Azərbaycanda namusla bağlı müxtəlif ssenarilər uyduranlar bilirlər ki, ənənəvi olaraq azərbaycanlılar bu məsələdə çox qətidirlər. Onlar namussuz adamı qəbul etməzlər. Odur ki, yuxarıda adı çəkmlən videogörüntülər və bəzi əsassız məlumatların yayılması düşmənin məhz bu nöqtəyə vurmağa çalışdığını göstərir. Bizim özümüzə özümüz haqqında uydurduqları mənfi keyfiyyətləri yeritmək istəyirlər. Uşaqların pornoqrafiyasını da məhz bu məqsədlə müxtəlif kadrları montaj edərək yaymağa çalışırlar. O cür kadrları adətən başqa ölkələrdə çəkirlər (Uzaq Şərq ölkələrində, Rusiyada, Ermənistanda, Avropada və Afrikada). Sonra onları montaj edərək ideoloji fakt kimi mobil telefonlara ötürürlər. Dini missionerlərin gizli işləri bir qədər başqa müstəvidə mənəviyyatı korlamağa yönəlib. Onlar Azərbaycan insanının vətənə, ölkəyə, dövlətə, millətə sevgisini azaltmaq üçün çalışırlar. Bunun üçün bizim düşmən olan ermənilərin müsbət obrazını yaratmaqla məşğuldurlar. Bu missionerlərin məntiqinə görə, azərbaycanlılar pisdir, ermənilər yaxşıdır və ona görə də hər bir azərbaycanlı torpağını ermənidən azad etməyi yox, onları qardaş bilməyi düşünməlidirlər. Əslində, bu üsul yeni deyil - bir neçə əsrdir ki, müxtəlif xristian missionerləri öncə Osmanlıda, sonra Türkiyədə və daha sonra da Azərbaycanda və Orta Asiya türk dövlətlərində bu təbliğatı aparırlar. Biz Qazaxıstanda olanda qazax gəncləri ermənilərin hətta "vax!" ifadəsinin onlara aid olduğu haqqında danışdığını deyirdilər. Bəzən bu kimi absurdlara adamlar fərqinə varmadan inanırlar. Bunlar bizlərə bir siqnaldır. Düşmən təxribatına uyub öz milləti və insanları haqqında mənfi fikrə düşmək olmaz. Heç bir azərbaycanlı mobil telefonuna əxlaqa sığmayan kadrlar yerləşdirməməlidir. İdeoloji və informasiya savaşını udmalıyıq. Bunun üçün də milləti, dövləti, Azərbaycan insanını sevmək gərəkdir. Sevgi olan yerdə düşmən gücsüzdür. Orxan Güneyli olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar