SON XƏBƏRLƏR

Diplomatiya problemi

2021.10.20, 07:36
Diplomatiya problemi

Gunaz.tv
Diplomatiya problemi "BMT Baş Assambleyasında keçirilən səsvermə diplomatik uğursuzluq sayılmalıdır" lachin.jpg Qarabağ danışıqlarında irəliləyişlərin olmamasına baxmayaraq bəzi mütəxəssislər son illər Azərbaycan diplomatiyasının inkişaf etdiyini, kadrların peşəkarlaşdığını vurğulayırlar. Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadə diplomatlarımızın fəaliyyətini qanedici saymasa da son illər müəyyən canlanmanın müşahidə edildiyini söylədi: "Əslində bu sahəni qiymətləndirmək çətindir. Amma müstəqillik qazanılandan bəri əldə olunan uğurları nəzərə alsaq, deyə bilərəm ki, diplomatlarımız daha yaxşı işləyə bilərdilər. Tural Buna görə də ölkə həqiqətlərinin dünyaya çatdırılması və proseslərə çevik reaksiya verilməsi üçün ciddi addımlar atılmalıdır. Bunun üçün isə əsl diplomat keyfiyyətlərinə sahib insanlar irəli çəkiləmlidir". Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov ölkə diplomatiyasının fəaliyyətini uğurlu saymadı: "İşğala məruz qalan ölkə olaraq ərazi bütövlüyümüzün tanınması baxımından bu günə qədər Azərbaycan diplomatiyası ciddi addımlar atmayıb. Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olması və Ermənistanın işğalına məruz qalmağımız kimi faktların dünya birliyinin, beynəlxalq təşkilatların, xarici ölkələrə çatdırılması problemləri qalır. Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı məsələ BMT Baş Assambleyasının gündəminə çıxarılanda, səsvermə keçiriləndə gördük ki, əksər dövlətlər ərazi bütövlüyümüzü tanımadılar, bu fakt diplomatik uğursuzluq sayılmalıdır. Bundan başqa, xarici ölkələrdə vətəndaşlarımızın hüquqları tapdanmasının qarşısı alınmır. Məsələn, Rusiyada soydaşlarımıza qarşı təzyiqlərin artması, ölüm faktlarının sayının artması faktdır. Çox vaxt bu olaylardan səfirlik məlumatsız qalır". Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin müavini Həsrət Rüstəmov cəmiyyətdə XİN-in kadr siyasətində, kadrların təyinatında neqativ halların azalması haqqında müəyyən rəy yarandığını vurğuladı və bu müsbət məqamın ümumilikdə XİN-in fəaliyyətində hiss olunduğunu vurğuladı: "Azərbaycan diplomatiyası gəncdir və uğurlu fəaliyyət qurmaq üçün uzunmüddətli təcrübə tələb olunur. Bunu nəzərə alsaq, vəziyyəti qənaətbəxş saymaq olar". Vətəndaş və İnkişaf Partiyası (VİP) sədrinin müavini Büllur Hümbətov Azərbaycan diplomatiyasının fəaliyyətinin qanedici olmadığını düşünür: "BMT Baş Assambleyasında Azərbaycanın işğal altındakı torpaqları ilə bağlı məsələ müzakirəyə çıxarılanda diplomatiya sahəsində böyük çatışmazlıqların qaldığının şahidi olduq. Yaranmış vəziyyət Azərbaycan diplomatiyasına başucalığı gətirmədi. Əksər dövlətlər Azərbaycanın ərazi bütövlüyünə şübhəylə yanaşdılar. ATƏT Minsk qurupu həmsədrlərinin addımları da diplomatik zəifliyimizdən xəbər verirdi. Belə vəziyyətdə Azərbaycan diplomatiyasının fəaliyyətini uğurlu qiymətləndirmək çətindir". xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar