SON XƏBƏRLƏR

Hökumət məmurları tərəfindən öldürülən azərbaycanlı şairə Hədis Nəcəfinin izdihamlı 40 mərasimi keçirilib

2022.11.03, 10:30
Hökumət məmurları tərəfindən öldürülən azərbaycanlı şairə Hədis Nəcəfinin izdihamlı 40 mərasimi keçirilib

Gunaz.tv

Noyabrın 3-ü səhər saatlarından başlayaraq sentyabrın 23-ü Kərəc şəhərinin "Erəm" buvarında keçirilən dinc etiraz aksiyası zamanı öldürülən 22 yaşlı gənc azərbaycanlı şairə və ədəbiyyatçı Hədis Nəcəfinin məzarı başına minlərlə insan toplaşıb.

Kərəc-Tehran magistralında "ölüm olsun diktatur" şüarları səsləndirərək qəbristanlığa doğru yürüş edən izdihama qarşı odlu silahlardan bir neçə dəfə atəş açıldığı, gözyaşardıcı qazdan istifadə edildiyi bildirilir.

Qeyd edək ki, sentyabrın 23-ü gecə saatlarında Kərəc şəhərinin "Erəm" buvarında keçirilən dinc etiraz aksiyası zamanı azərbaycanlı gənc şairə və ədəbiyyatçı Hədis Nəcəfi hökumət məmurlarının bir başa atəşi nəticəsində həyatını itirib.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar