SON XƏBƏRLƏR

Divarlara aclıq aksiyasında olan Əmir Səttarinin azadlığa buraxılmasını tələb edən şüarlar yazılıb – Urmiyədə

2021.10.20, 07:36
Divarlara aclıq aksiyasında olan Əmir Səttarinin azadlığa buraxılmasını tələb edən şüarlar yazılıb – Urmiyədə

Gunaz.tv

GünAz TV: Urmiyədə divarlara güney azərbaycanlı milli-mədəni fəal Əmir Səttarinin azadlığını tələb edən şüarlar yazılıb.

 

Azərbaycanlı fəallar Əmir Səttarinin aclıq aksiyasının 12-ci günündə onun İran rejimi tərəfindən həbs edilməsinə qarşı etiraz şüarları ilə çıxış ediblər.

 

Məlumata görə, şəhərin müxtəlif məhəllərində “azərbaycanlı öyrənci fəal Əmir Səttari azad edilsin”, “Azərbaycanlı siyasi fəal Əmir Səttari sərbəst buraxılsın”, “Əmir Səttariyə azadlıq” və s. kimi şüarlara rast gəlinir.

 

Azərbaycanlı fəal iyunun 10-da Təbrizin Mərkəzi Zindanında aclıq aksiyasına başlayıb, o aksiyasının 7-ci günündə quru aclıq aksiyasına keçmişdir.

 

Fəalın ailəsi iyunun 20-də telefon vasitəsi ilə onunla danışdıqları zaman onu aclıq aksiyasını dayandırmağa çağırıblar. Fəal su içməklə razılaşsa da aclıq aksiyasını davam etdirəcəyini bildirib.

 

Əmir Səttari iyunun 19-u, aclıq aksiyasının 10-cu günündə Ettelaat İdarəsinin qərarı ilə Təbrizin Mərkəzi Zindanından Kərəcin Rəcayişəhr həbsxanasına köçürülüb.

 

Fəal yeni məhkəmə işinin açılması və ağır hökm çıxarılması ilə nəticələnən dosyesindəki iradlar və məhkəmə işinin ləngiməsinə etiraz olaraq aclıq aksiyası keçirdiyini bildirib. O məhkum olunduğu 7 aylıq həbs cəzasını başa vursa da yeni hökmə görə azadlığa buraxılmır.

Azərbaycanlı fəal dosyesindəki iradların təhlükəsizlik orqanlarının məhkəmə işinə müdaxiləsi nəticəsində əmələ gəldiyini bildirir.

 

Təbriz sakini olan Əmir Səttari universitetdə humanitar elmlər üzrə təhsil alır. O 2018-ci ilin yanvar (1396-cı ilin dey ayı) ayı etirazlarında təhlükəsizlik qüvvələri tərəfindən döyülərək saxlanılıb və Təbriz zindanına aparılıb. Fəal 25 gün sonra 100 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti olaraq azadlığa buraxılıb.

 

Azərbaycanlı fəal 2018-ci il yazın son ayında (1397-ci ilin xordad ayı) Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsi tərəfindən “milli təhlükəsizliyin əleyhinə toplaşma və sözləşmə” ittihamı ilə 7 ay azadlıqdan məhrum edilib. Hökm sonralar Şərqi Azərbaycan Apelyasiya Məhkəməsinin 3-cü şöbəsi tərəfindən olduğu kimi qüvvədə saxlanılıb. Fəal 2018-ci il iyulun 10-da 7 aylıq həbs cəzasını çəkmək üçün Təbrizin Mərkəzi Zindanına müraciət edib.

 

Əmir Səttari 2018-ci il sentyabrın 18-də Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsi tərəfindən “rəhbəri təhqir etmək” ittihamı ilə yenidən 6 ay həbs cəzasına məhkum edilib.

 

Təbriz İnqilab Məhkəməsinin 11-ci Hökmləri İcra edən Şöbəsi 2018-ci il payızın orta ayında (1397-ci ilin aban ayı) heç bir məlumat vermədən fəalın iki dosyesini birləşdirib. Bundan sonra Şərqi Azərbaycan Apelyasiya Məhkəməsinin 3-cü şöbəsi çıxarılan hökmləri “qanun və şəriətə uyğun gəlməyən” qərar kimi qiymətləndirərək fəal barəsində çıxarılan və icra olunan 7 aylıq hökmü 5 illik həbs qərarı ilə əvəzləyib.

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar