SON XƏBƏRLƏR

Divarlara azərbaycanlı siyasi məhbusların sərbəst buraxılmasını tələb edən şüarlar yazılıb – Tehranda

2021.10.20, 07:36
Divarlara azərbaycanlı siyasi məhbusların sərbəst buraxılmasını tələb edən şüarlar yazılıb – Tehranda

Gunaz.tv

GünAz TV: İran paytaxtı Tehranda divarlara azərbaycanlı siyasi məhbusların sərbəst buraxılmasını tələb edən şüarlar yazılıb.

 

Şüarlar azərbaycanlı milli-mədəni fəallar tərəfindən martın 13-də yazılıb.

 

Tehranın müxtəlif məntəqələrində rast gəlinən şüarlar arasında “Abbas Lisani azad olunsun”, “Lisani Azərbaycan millətinin səsidir”, “Ustad Rəhim Qulami azad olunsun”, “Azərbaycanlı siyasi məhbusları azad edin” və s. kimi sözlər var.

 

Ötən günlərdə oxşar şüarlara Təbriz, Urmiyə, Ərdəbil, Muğan, Meşginşəhr (Xiyav), Mərənd və daha bir neçə şəhərdə rast gəlinib.

 

Son vaxtlar Güney Azərbaycanda başlayan yeni həbslər dalğasına qarşı etirazlar artıb. Soydaşlarımız müxtəlif yollarla, o cümlədən “Traxtur” komandasının oyunlarında şüarlar səsləndirərək azərbaycanlı fəalların həbs edilməsi ilə bağlı İran rejimini qınayır, onların qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edirlər.


 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar