SON XƏBƏRLƏR

Divarlara Əmir Səttarinin azadlığa buraxılmasını tələb edən şüarlar yazılıb - Urmiyədə / GÖRÜNTÜ

2021.10.20, 07:36
Divarlara Əmir Səttarinin azadlığa buraxılmasını tələb edən şüarlar yazılıb - Urmiyədə / GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Təbrizin Mərkəzi Zindanında aclıq edən güney azərbaycanlı milli-mədəni fəal Əmir Səttarinin aksiyasının 5-cü günündə Urmiyədə divarlara onun azadlığa buraxılmasını tələb edən şüarlar yazılıb.

 

Şüarlara şəhərin müxtəlif məhəllələrində rast gəlinir. “Əmir Səttari sərbəst buraxılsın”, “Azərbaycanlı milli-mədəni fəal Əmir Səttari azad edilsin” və s. yazılan şüarlar arasındadır.

 

Əmir Səttari iyunun 10-da saxlandığı Təbriz həbsxanasında aclıq aksiyasına başlayıb.

 

Fəal “dosyesində olan iradlar və məhkəmə prosesinin ləngiməsi”nə etiraz olaraq aclığa başladığını deyib. O dosyesindəki iradları təhlükəsizlik orqanlarının qanunsuz müdaxiləsi nəticəsində əmələ gəldiyini bildirib.

 

Təbriz sakini olan Əmir Səttari universitetdə humanitar elmlər üzrə təhsil alır. O 2018-ci il iyulun 10-da 7 aylıq həbs cəzasını çəkmək üçün Təbrizin Mərkəzi Zindanına müraciət edib.

 

Fəal 2018-ci il yanvarın 1-də qondarma “daxili təhlükəsizliyinin əleyhinə toplaşma və sözləşmə” ittihamı ilə Təbrizdə Apelyasiya Məhkəməsinin qərarı ilə 7 ay həbs cəzasına məhkum edilib.

 

Əmir Səttari həmçinin virtual aləmdəki fəaliyyəti ilə bağlı Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsi tərəfindən 6 ay həbs cəzasına məhkum edilib, hazırda bu dosyeyə Apelyasiya Məhkəməsinin 3-cü şöbəsində baxılır.

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar