"Odlar yurdu, cazibədar, heyrətamiz gözəlliyə malik ölkə" - “The Travel” Azərbaycandan yazıb

19.03.2023, 13:00

Odlar yurdu, olduqca cazibədar, heyrətamiz gözəlliyə malik ölkə.

Gunaz.tv Quote | Gunaz article

Bu fikirlər məşhur “The Travel” nəşrinin Azərbaycanla bağlı geniş məqaləsində yer alıb.

Məqalədə qeyd edilir ki, İngiltərənin paytaxtı Londondan Azərbaycanın baş şəhəri Bakıya təyyarə ilə uçuş təxminən altı saatdır. Azərbaycan çox cəlbedici ölkədir.

Hazırkı səs-küylü müasir Bakı şəhəri 1870-ci illərdən sonra canlanmağa başlayıb. 1900-cü ilə qədər Azərbaycan dünya neftinin yarıdan çoxunu istehsal edirdi.

Müəllif hündür binaların, xüsusən şəhərin hər tərəfdən ucalan simvolik Alov Qüllələrinin onu heyrətə gətirdiyini xüsusi vurğulayıb:

“Bakı Xəzər dənizinin sahilində yerləşir, sahilboyu Bakı bulvarı keçir. Bu, palma ağacları ilə örtülmüş geniş gəzinti yeridir”. 

Yazıda qeyd edilir ki, müasir binalar həqiqətən yeniliyi ilə insanı şoka salır.

“Xoşbəxtlikdən qədim İpək Yolunun dayanacağı olan köhnə şəhər qorunub saxlanılıb. Onun orta əsr divarları ilə əhatə olunmuş dar dolama küçələri, məscidləri və abidələri YUNESKO-nun siyahısındadır, baxmayaraq ki, son illərdə çox şey yenidən qurulub.

Dənizin düz kənarında yerləşən qədim Qız qalası və varlı zadəganların müharibə zamanı qiymətli əşyalarını saxladıqları yerdir.

Onun beş metrlik divarları, demək olar, alınmaz idi, ona görə də belə adlanırdı və yuxarıdan Bakı buxtasına və İçərişəhərə geniş mənzərə açılırdı”.

Məqalədə Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana fəryadı” abidəsindən də bəhs edilir:

“Doqquz metrlik abidə 2008-ci il fevralın 26-da, Azərbaycan tarixində faciəli hadisə olan, əksəriyyəti ana və körpələrdən ibarət 600-dən çox insanın Ermənistan əsgərləri tərəfindən qətlə yetirildiyi Xocalı soyqırımının 16-cı ildönümündə açılıb.

O, tunc və qara qranitdən hazırlanıb, yuxarı hissəsində gecə paltarında ölü uşağı sinəsində tutan ananın təsviri olan heykəl var.

Aşağıdakı postamentdə qadınlar, uşaqlar və qocalar da daxil olmaqla, qurbanların adları yazılıb”.

Məqalədə diqqət Azərbaycanın neft və qaz ehtiyatlarına görə “Odlar yurdu” kimi tanınmasına cəlb edilir. Qeyd olunur ki, Bakıdan bir neçə kilometr məsafədə Yanar dağ yerləşir.

Bir neçə əsr əvvəl atəşpərəstlər tərəfindən tikilmiş Atəşgah eyni dərəcədə təsiredicidir.

Mərkəzi yanan alov və dörd tüstü bacası olan mərkəzi bina rahiblərin hücrələri ilə əhatə olunub.
"Bakıdan 70 km qərbdə Qobustan kimi tanınan tarixi mədəniyyət mərkəzi yerləşir.

Burada 12 min il yaşı olan 4 000-dən çox qayaüstü rəsm var. İnsanlar rəsmlərdə ov, qayıqla balıq tutarkən, hətta daş dövrünün rəqsləri təsvir edilib.

Yerli sakinlər mağara sığınacaqlarında yaşayırdılar və tədqiqatçı Tur Xeyerdal qamışdan hazırlanmış qayıqların təsvirlərini görəndə, vikinqlərin buradan gələ biləcəyini düşündü".

Onlar oymaların altında burada yaşamış daş dövrü insanlarının həyatına nəzər salmaq imkanı verən əla muzey tikiblər.

Məqalədə həmçinin bildirilir ki, yaxınlıqda palçıq vulkanları var.  (report)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Güney Azərbaycanda idman yarışında milli şüarlar səsləndirilib-VİDEO

2023-04-01

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-04-01

gun az article

Zənganlı idmançıya təzyiq göstərilir

2023-04-01

gun az article

SEPAH Azərbaycan konsulluğu qarşısına aksiya keçirib

2023-03-31

gun az article

“I Türkçülük çalışmaları simpoziumu və türkçülüyün bugünkü durumu” və “Təbrizdən Brüsselə istiqlal mücadiləsi”   - VİDEO

2023-03-31

gun az article

"İran ermənilərin Güney Azərbaycanda törətdiyi soyqırıma dair məlumatları gizlətməyə çalışır"-Millət vəkili

2023-03-31

gun az article

Təbrizdə tarixi abidə uçub

2023-03-31

gun az article

Həmədanda taksi sürücüləri etiraz aksiyası keçiriblər

2023-03-31

gun az article

Vərziğanda Qacarlar dövrünə aid tarixi abidə dağılmaq üzrədir

2023-03-30

gun az article

“Görüş” proqramı: “Demokratiyaya keçidin müzakirəsi” və “Cilovluq qətliamı”-VİDEO

2023-03-30

gun az article

Təbrizdə avtobus kirayələri kəskin artdı

2023-03-29

gun az article

Təbrizili sənətçilər Beynəlxalq Film Festivalında mükafatlandırılıb

2023-03-29

gun az article

Güney Azərbaycanda müəllimlər etiraz aksiyaları keçiriblər

2023-03-29

gun az article

 “Özümüz” proqramında müzakirə: “Osmanlı-Səfəvi ilişkisi”  - VİDEO

2023-03-29

gun az article

Mərənddə 5 nəfər edama məhkum edildi

2023-03-29

gun az article

"Biz hökumətdən əfv istəmirik, İslam Respublikasına son qoyulmalıdır"-Nərgiz Məhəmmədi

2023-03-28

gun az article

“Parlaq gələcək”: “Brüssel yürüşünün dəyərləndirilməsi” və “Cenevrədə BMT-də “Ərk” Cəmiyyətinin konfransı”  - VİDEO

2023-03-28

gun az article

“Azadlıq səsi” proqramında müzakirə- “Azərbaycana qarşı erməni-fars təxribatları”  -VİDEO

2023-03-27

gun az article

Tehranda Azərbaycan bayrağı asıldı

2023-03-27

gun az article

Təbrizdə aksiya: divarlara etiraz məzmunlu afişalar asıldı

2023-03-27