SON XƏBƏRLƏR

Donald Tramp doğum hüququ əsasında vətəndaşlığı ləğv etmək istəyir

2021.10.20, 07:36
Donald Tramp doğum hüququ əsasında vətəndaşlığı ləğv etmək istəyir

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Donald Tramp qeyri-leqal miqrantların ABŞ ərazisində doğulan uşaqlarına vətəndaşlığın verilməsini ləğv etmək niyyətindədir.

Bu haqda "Axios” nəşri bildirib.

"Biz dünyada tək ölkəyik ki, insanlar gəlir, uşaq doğur və bu uşaq bütün üstünlüklərlə Birləşmiş Ştatların vətəndaşı olur. Bu, mənasızdır, buna son qoymaq lazımdır”, - nəşr prezidentin sözlərini sitat gətirib.

 

Xatırladaq ki, ABŞ administrasiyası sentyabrda "yaşıl kart”ın verilməsi qaydalarının sərtləşdirilməsi üzrə təşəbbüs hazırlayıb.

 

Həmçinin, Tramp avqustda ABŞ-ın miqrasiya qanunvericiliyini dünyada "ən axmaq” adlandırıb. Onun fikrincə, qeyri-leqal miqrantları çoxillik hüquqi təhqiqatlarından sonra deyil, təcili göndərmək lazımdır. publika.az

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar