SON XƏBƏRLƏR

Dondurulmuş münaqişələr və təhlükəsizliyin təminatçıları_ Bir daha Qərb modelinin qüsurları haqqında

2021.10.20, 07:36
Dondurulmuş münaqişələr və təhlükəsizliyin təminatçıları_ Bir daha Qərb modelinin qüsurları haqqında

Gunaz.tv
Dondurulmuş münaqişələr və təhlükəsizliyin təminatçıları Bir daha Qərb modelinin qüsurları haqqında Güney Qafqazdakı dondurulmuş münaqişələrin həlli ilə bağlı Qərbin fikirləri son vaxtlar daha çox səsləndirilir. Bu, əsasən Gürcüstandakı Abxaziya və Güney Osetiya ilə əlaqədar vəziyyətin gərginləşməsindən qaynaqlanır. Lakin ABŞ-ın rəsmi nümayəndəsi Metyu Brayza həm də Dağlıq Qarabağa aid ölkəsinin mövqeyini açıq ifadə edir. M.Brayza bu günlərdə Moskvaya səfər edib və Gürcüstandakı durumla bağlı Rusiya rəsmiləri ilə danışıqlar aparıb. M.Brayzanın dondurulmuş münaqişələrin həlli ilə bağlı ABŞ-ın əsas prinsiplərini açıqlaması diqqətləri çəkib. Birincisi, ölkənin ərazi bütövlüyü təmin edilməlidir. İkincisi, iqtisadi təhlükəsizlik gözlənilməlidir. Üçüncüsü, qaçqınlar yurdlarına qayıtmalıdır. Dördüncüsü, ən yüksək səviyyədə muxtariyyat verilməklə onların təhlükəsizliyi təmin edilməlidir. Rəsmi Tifis Güney Osetiya ilə bağlı fikrini bildirərkən ora ən yüksək muxtariyyat verməyə hazır olduğunu və təhlükəsizlikdə Rusiyanın təminatçı kimi iştirak etməsinə etiraz etmədiyini vurğulayıb. Bununla da bölgədəki münaqişələrin həllinin Qərb ssenarisi aydın olur. O cümlədən, çox güman ki, buna analoji modeli Dağlıq Qarabağ üçün nəzərdə tuturlar. Dağlıq Qarabağ üçün də ilk növbədə ərazi bütövlüyü məsələsi gözlənilməlidir. Ancaq nədənsə Brayza son vaxtlar Dağlıq Qarabağla bağlı məhz referendum məsələsini önə çəkir. O, həmin bölgənin statusunun yerli əhalinin rəyi əsasında müəyyənləşdirilməli olduğunu ayrıca vurğulayır. Həm də yəqin ki, Dağlıq Qarabağın təhlükəsizliyinə Ermənistanın təminatçı olmasını istəyəcəklər. Ancaq burada real vəziyyət Abxaziya və Güney Osetiyada olandan ciddi fərqlənir. Çünki Dağlıq Qarabağ əhalisinin xeyli hissəsi azərbaycanlılardır. Onların təhlükəsizliyinə Ermənistan təminatçı ola bilməz. Əslində, Ermənistanın təminatçı olması üçün heç bir əsas yoxdur. Dağlıq Qarabağdakı insanlar Azərbaycan vətəndaşlarıdır və başqa bir ölkənin onların təhlükəsizliyinə təminatçı olması absurddur. Hər bir halda buna oxşar bir variant təklif edə bilərlər. Bu baxımdan Brayzanın məhz referendumdan danışması xeyli düşündürücüdür. Bunlar onu göstərir ki, Qərb ölkələri də işğalın nəticələrini aradan qaldırmaq haqqında düşünmürlər. Onlar hesab edirlər ki, vəziyyət elə bu cür də qalmalıdır, ancaq Azərbaycanın ərazi bütövlüyü də təmin olunmalıdır. Başqa sözlə, Ermənistan və havadarlarının müharibə yolu ilə əldə etdiklərini faktiki və mənəvi olaraq saxlayır, hüquqi olaraq isə Azərbaycanın ərazi bütövlüyünü təmin etmək istəyirlər. Bu da faktiki olaraq müəyyən zamandan sonra Dağlıq Qarabağda erməni separatizminin yenidən baş qaldırması və müstəqillik iddiasına düşməsi deməkdir. Kosovo variantının zaman baxımından xeyli uzadılmış formasıdır. Maraqlı və düşündürücü odur ki, nə Rusiya, nə də separatçı rejimlər bu variantla da razılaşmırlar. Onlar tam müstəqillik və ya Rusiyaya birləşmə haqqında deyirlər. Deməli, burada əsas məsələlərdən biri Rusiyanın mövqeyidir. Onda söhbət dondurulmuş münaqişələrin həlli məsələsinin tamamilə Rusiya-Qərb münasibətlərinə transfer olduğunu demək olar. Bu da yerli xalqların və dövlətlərin işini xeyli çətinləşdirir. Təbii ki, bu durumla Azərbaycan razılaşa bilməz. Ola bilsin ki, Gürcüstan üçün optimal variantdır. Çünki onsuz da Abxaziya və Güney Osetiya muxtar respublikalar idi. İndi onların statusu sadəcə müasir standartlar səviyyəsinə qaldırılır. Həm də bu bölgələrin dışında Gürcüstanın heç bir ərazisini işğal etməyiblər. Azərbaycanda isə süni olaraq Dağlıq Qarabağ yaradıblar, indi də onun ya müstəqilliyini, ya Ermənistana birləşdirilməsini, ya da ən yüksək muxtariyyat statusu verilməsini tələb edirlər. Hər üç variantda Azərbaycan ziyan görür. Dağlıq Qarabağda ermənilərin sayı süni olaraq artırılır və müəyyən müddətdən sonra demoqrafik problemin çıxması gözləniləndir. Bütün bunlar Qərbin də münaqişəni həll etməsi variantı bizi tam qane etmir. Son məqsədin həmin ərazini Azərbaycandan qoparmaq, Ermənistana bizim imkanlardan pay vermək, bölgədə xristian dövlətçliyinin dominantlığını təmin etmək olduğu görünür. Bu da kifayət qədər düşündürücü bir məqamdır. Azərbaycan bütün bu variantların üstündən xətt çəkməlidir. Azərbaycan milliyytindən asılı olmayaraq öz vətəndaşlarına sahib çıxmalı, onların bütün növ təhlükəsizliyinin təminatçısı olmalıdır. Biz ABŞ-da hinduların və ya Rusiyada tatarların təhlükəsizliyinə təminatçı olmaq istəmirik kiğ Öz ölkəmizin sərhədləri daxilində işləyirik. Şahin Məhəmmədoğlu olaYLAR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar