SON XƏBƏRLƏR

Donetsk separatçılarının lideri Zaxarçenko öldürüldü

2021.10.20, 07:36
Donetsk separatçılarının lideri Zaxarçenko öldürüldü

Gunaz.tv

GünAz TV: Donetskin mərkəzində baş vermiş partlayış nəticəsində tanınmamış "Donetsk Xalq Respublikası"-nın başçısı Aleksandr Zaxarçenko həlak olub. O, aldığı yaralardan xəstəxanada ölüb.


Virtualaz.org TASS-a istinadən xəbər verir ki, bu barədə güc strukturlarından məlumat verilib.


Mənbəyə görə, partlayış Donetskdəki “Separ” restoranında baş verib. Eyni zamanda bildirilir ki, partlayış nəticəsində separatçı rejimin gəlirlər naziri Aleksandr Timofeyev yaralanıb.


Rusiya Xarici İşlər Nazirliyin rəsmi nümayəndəsi Mariya Zaxarova, Aleksandr Zaxarçenkonun qətli ilə bağlı açıqlama verib. Zaxarova jurnalistlərə açıqlamasında Donetskdəki partlayışın arxasında rəsmi Kiyevin dayandığına işarə edib:
“Görünür, sülh barədə vədləri yerinə yetirməyərək, qanlı qırğına başlamaq qərarına gəldilər”.


Qeyd edək ki, A. Zaxarçenko 2014-cü ilin avqustunda “Donetsk Xalq Respublikası”nın Nazirlər Sovetinin rəhbəri seçilib.



N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar