SON XƏBƏRLƏR

Dövlət Departamentinin sözçüsü tələbə etirazlarının 20-ci ildönümü ilə bağlı bəyanat yayıb- FOTO

2021.10.20, 07:36
Dövlət Departamentinin sözçüsü tələbə etirazlarının 20-ci ildönümü ilə bağlı bəyanat yayıb- FOTO

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus İranda 10 iyul 1999-cu ildə baş tutmuş tələbə etirazlarının 20-ci ildönümü ilə bağlı bəyanat yayıb.

 

O, etirazlar zamanı tələbələrin repressiyalara məruz qalması, təhlükəsizlik, polis və bəsic qüvvələrinin bu etirazları vəhşicəsinə yatırmasının dəhşətini bir daha xatırlayıb.

 

Morqan Ortaqus bildirib ki, Amerika İranda daha yaxşı ölkə qurulmasını istəyənləri dəstəkləyir.

 

Qeyd etmək lazımdır ki, 1999-cu ilin iyulun 8-də Tehran Universitetinin yataqxanasında qalan tələbələr islahatçılara məxsus “Salam” qəzetinin bağlanmasına etiraz olaraq Universitetin binası qarşısına toplaşmışdılar. Qəzet Ettelaatın yüksək rütbəli məmurlarından olan Səid İmaminin nazir Dürri Nəcəfabadiyə göndərdiyi məxfi sənədi dərc etdiyi üçün bağlanmışdı. Həmin sənəddə İmami nazirdən mətbuatın məhdudlaşdırılmasını istəyirdi.

 

 

Ertəsi gün baş verən etirazlara İran çevik polis alayı, bəsic və təhlükəsizlik qüvvələri hücum etmiş, tələbələrə qarşı tətbiq etdikləri zorakılığa görə, 1 nəfər ölmüşdü. Sonrakı bir neçə gün ərzində davam edən etirazlar zamanı isə azı 3 digər tələbə ölmüş, 200-dən çox insan isə yaralanmışdı. Bundan başqa, etirazlar zamanı bir neçə tələbə yoxa çıxmışdı və onların taleyindən heç bir məlumat yoxdur.

 

 

Bu, 1979-cu il inqilabından sonra baş tutmuş ən geniş etiraz hesab olunur. O dövr prezident olan Məhəmməd Xatəmi etirazların daha da genişlənməsindən və tələbələrin tələblərinin artmasından qorxduğundan, onlara günahkarların cəzalandırılacağını deyərək, aksiyaları sakitləşdirə bilmişdi.

 

Baxmayaraq ki, bütün günahkarlar və tələbələri öldürənlər “dini lider” Əli Xamneyinin birbaşa nəzarətində olan qüvvələr idi, lakin Xatəmi onları cəzalandırmaq istiqamətində heç bir addım atmamışdı. Bu hadisələrlə əlaqədar yalnız 1 əsgər yataqxanadan üzqırxan maşın oğurladığına görə həbs edilmişdi.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar