SON XƏBƏRLƏR

Dövlətin Qaradağ meşələrində baş verən yanğına laqeyd münasibət sərgiləməsi etiraza səbəb olub – VİDEO / GÖRÜNTÜ

2021.10.20, 07:36
Dövlətin Qaradağ meşələrində baş verən yanğına laqeyd münasibət sərgiləməsi etiraza səbəb olub – VİDEO / GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Xəbər verdiyimiz kimi, ötən günlərdə Qaradağ meşələrində geniş miqyaslı yanğın baş verib.

 

Tehrandakı səlahiyyətli orqanların laqeyd münasibəti və əraziyə helikopter göndərməməsi yanğının bir həftə davam etməsi və yüzlərlə hektar meşə sahəsinin külə çevrilməsinə səbəb oldu.

 

Güney azərbaycanlı milli-mədəni fəallar Ərdəbildə divarlara bir çox şüarlar yazaraq Tehran hökumətinin Güney Azərbaycanın problemlərinə laqeyd münasibətini kəskin pisləyiblər.

 

Şəkildə göründüyü kimi, Ərdəbilin əksər məhəllələrində divarlara “Meşəliyi od vurmaqla söndürməyək”, “Mordadın 26-ı (avqustun 17-i) yanğın günüdür”, “Qaradağ” və s. kimi şüarlar yazılıb.

 

 

Bölgə şəhərlərində yanğını söndürmək üçün lazım olan vasitələrin olmadığından yerli məsullar Tehrandakı səlahiyyətli orqanlara müraciət edərək lazımi texnika, o cümlədən helikopter tələb etmişdir. Lakin əraziyə vaxtı-vaxtında helikopterin göndərilməməsi yanğının bir həftə davam etməsinə, ardınca Şərqi Azərbaycan rəhbərliyi, o cümlədən imam cümə, vali və bir neçə millət vəkilinin kəskin etirazına səbəb olmuşdur.

 

Təbrizin İran parlamentindəki keçmiş millət vəkili Əkbər Ələmi bu məsələyə İnstaqram səhifəsində münasibət bildirmişdir.

“İranın ən gözəl meşələrindən olan Qaradağ meşələri səlahiyyətli orqanların məsuliyyətsizliyi ucbatından yanaraq sıradan çıxmaqdadır. Bu yanğın bəs nə zaman söndürüləcək?!

Təsəvvür edin ki, “Babək qalası”nda Babək Xürrəmdinin anım mərasimi keçirilir. Mərasimi dağıtmaq üçün istifadə etdiyiniz imkanlar və həssaslığınızı, yanğını söndürməkdə də göstərin.”- deyə o qeyd etmişdir.

 

Aşağıdakı videolar yanğını söndürmək istəyən yerli əhali və silahlı qüvvələr, həmçinin yanğınla bağlı bölgədəki aidiyyatı orqanların nə qədər imkansız olduğunu, hansı şəraitdə yanğına qarşı mübarizə apardıqlarını göstərməkdədir.

 

https://www.youtube.com/watch?time_continue=13&v=huE-jOGQ9EU

 

 

https://www.youtube.com/watch?time_continue=26&v=1vks1D6DFU4

 

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar