SON XƏBƏRLƏR

Dövlətin təbliğatı nəticəsində Çaldırandakı erməni kilsəsini ziyarət edənlərin sayı artıb

2021.10.20, 07:36
Dövlətin təbliğatı nəticəsində Çaldırandakı erməni kilsəsini ziyarət edənlərin sayı artıb

Gunaz.tv

GünAz TV : “Ötə günlərdə 2 min nəfərdən çox turist Çaldıranın Qarakilsə kilsəsinə baxış keçirib.”

 

Bu sözləri Qərbi Azərbaycan Turizm, Əl işləri və Mədəni İrs İdarəsinin rəisi Məhərrəm Abdullahi “Gənc Müxbirlər Klubu”nun jurnalistinə bildirib.

 

“Qərbi Azərbaycanda yerləşən kilsə dünya üzrə ən gözəl tarixi abidələrdən biridir. Onun bənzərsiz memarlığı hər kəsin diqqətini çəkir”- deyə o bildirib.

 

Məhərrəm Abdullahinin sözlərinə görə, ilin əvvəlindən (İranda yeni il Novruz bayramından başlayır) martın 27-dək 17-i xarici olmaqla 2 min 608 turist kilsəyə baxış keçirib.

 

Qərbi Azərbaycan Turizm, Əl işləri və Mədəni İrs İdarəsinin rəisi kilsənin Qərbi Azərbaycan Əyalətinin Çaldıran düzündə yerləşdiyini diqqətə çatdıraraq erməni tarixçiyə istinadən kilsənin xristayanlıq dövrünün əvvəllərinə aid olduğunu deyib.

 

Güney Azərbaycanın potensial turizm imkanlarını görməzdən gələn İran rejimi son illərdə Qarakilsəni güclü şəkildə reklam edir, barəsində müxtəlif bəhanələrlə təbliğat aparır. Bundan əlavə hər il minlərlə erməni dini mərasim adı ilə Qarakilsəyə toplaşır. Bir neçə gün davam edən mərasimdə İran və dünyanın müxtəlif ölkələrindən gələn ermənilərə dövlət tərəfindən yüksək səviyyədə xidmət göstərilir.

 

Ermənilər Qarakilsədə o halda istədikləri mərasimi keçirir ki, elə Qarakilsənin yerləşdiri Azərbaycan ərazilərində, soydaşlarımız milli-mədəni hüquqlarının tələbi uğrunda vəya Dağlıq Qarabağla bağlı hər hansı tədbir həyata keçirə bilmir. Bu zəmində ən kiçik addım atan azərbaycanlı fəallar dərhal İran rejimi tərəfindən sərt şəkildə cəzalandırılır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar