SON XƏBƏRLƏR

Döyülərək işgəncə edilən azərbaycanlı fəal Qulam Quluzadənin harada saxlandığı bilinmir

2021.10.20, 07:36
Döyülərək işgəncə edilən azərbaycanlı fəal Qulam Quluzadənin harada saxlandığı bilinmir

Gunaz.tv

GünAz TV: Urmiyəli azərbaycanlı milli-mədəni fəal Qulam Quluzadə ötən həftə keçirilən Babək qalası yürüşünə gedərkən Kəleybər şəhərində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

 

Fəalın iyulun 5-də şəhərin girişində saxlandığı bildirilir. Onun yaxalanarkən təhlükəsizlik qüvvələri tərəfindən döyüldüyü, nəticədə ağır bədən xəsarəti aldığı qeyd olunur.

 

Azadlığa buraxılan fəallardan bir neçəsi Q.Quluzadənin işgəncəyə məruz qaldığını deyib.

“Qulam əlləri qandallı şəkildə işgəncə edilib və döyüldü. Onun aldığı zərbələrdən halı tam piləşdi və ürəyi getdi. Bu səbəbdən Kəleybər Polis İdarəsinin poliklinikasında bir gecə həkim nəzarətində saxlanıldı. O poliklinikadan  naməlum yerə aparılıb”- deyə fəallar bəyan edib.

 

Əli qandallı şəkildə Ettelaat əməkdaşları tərəfindən döyülən Q.Quluzadənin bir qolu və dişlərinin qırıldığı da bildirilir.

 

Hal-hazırda fəalın harada saxlandığı bilinmir. Ailəsi müxtəlif orqanlara müraciət edərək onun vəziyyəti haqda məlumat almaq istəyib, lakin bu mümkün olmayıb. Fəalın ailə üzvləri onun səhhəti ilə bağlı nigaranlıq hissi keçirir.

 

Q.Quluzadə bundan əvvəl də Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar