Döyülərək tutulan iranlı tələbə Əli Yunisinin ailəsi onun həbsi ilə bağlı rəsmilərdən izahat tələb edib

27.04.2020, 09:13

GünAz TV: Ailəsinin gözü qarşısında təhlükəsizlik qüvvələri tərəfindən vəhşicəsinə döyülərək həbs edilən tələbə fəal Əli Yunisinin bacısı Aidə Yunisi video müraciət yayaraq, rəsmilərdən bu xüsusda izahat tələb edib.

 

Aprelin 10-da həbs edilmiş Əli Yunisi 2016-ci ildə İranda keçirilmiş Astronomiya üzrə ölkə çempionatının gümüş, 2017-ci ildə isə Astronomiya üzrə Dünya Çempionatının qızıl medalını qazanıb.

 

Ailəsinin sözlərinə görə, tələbəni tutmaq üçün evlərinə 12 təhlükəsizlik işçisi gəlib. Onlar Əlini tutarkən ailə üzvlərinin gözünün qarşısında onu vəhşicəsinə döyüblər. Üz-gözü al qana boyanmış tələbəni gözləri qarşısında görən ailə hadisədən və təhlükəsizlik işçilərinin qəddarlığından şoka düşüb.

 

Qardaşı Rza bildirir ki, onların Əlini vəhşicəsinə döyməsi nəticəsində o, baş və alın nahiyəsindən ciddi xəsarətlər alıb və üz-gözü al-qana boyanıb.

 

Hələlik hüquq mühafizə orqanları tələbə fəalın saxlanma səbəbini açıqlamayıblar. Bununla belə, Şərif Texnologiya Universitetinin "Bəsic" rəhbəri Əlirza Qadiri tələbənin həbs səbəbinin onun universitetdəki fəaliyyətləri ilə bağlı əlaqəsinin olmadığını iddia edib.

 

Aidə Yunisi Qadirinin sözlərinə verdiyi cavabda bildirib ki, ya açılmış cinayət işinin detallarını doğru olaraq Əlinin ailəsinə bəyan etməlisiniz, ya da yalan danışdığınıza görə üzr istəməlisiniz.

 

"Hansı qanunda 20 yaşlı bir gənci vəhşicəsinə döyərək, üz-gözünü al-qana boyayaraq həbs etməyə və bununla da onun ata- anasını şoka salmağa icazə verilir?"- deyə xanım Yunisi universitetin "Bəsic" rəhbəri Əlirza Qadiriyə xitabən əlavə edib.

 

Təhlükəsizlik orqanları işçiləri Əli Yunisi ilə eyni gündə digər tələbə fəal Əmirhüseyn Muradini də həbs ediblər. Hər iki gəncin harada və necə saxlandığı, eləcə də səhhətləri ilə bağlı heç bir məlumat yoxdur. Ailələri hazırda onların ağır işgəncələrə məruz qaldığını düşünürlər.

 

Fizika fakültəsində təhsil alan Əmirhüseyn Muradi İranın 2017-ci ildə ölkə üzrə keçirilmiş Astronomiya Olimpiada gümüş medal qazanıb.

 

Ə.A

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Xoyda baş verən zəlzələdə xəsarət alanların sayı açıqlandı

2023-03-24

gun az article

Ərdəbildən Azərbaycan Respublikasına dəstək

2023-03-24

gun az article

Güney Azərbaycanda 5.6 bal gücündə zəlzələ baş verib

2023-03-24

gun az article

Zənganlı fəal Hüseyn Bayat qeyri-müəyyən şəraitdə həbsdə saxlanılır

2023-03-24

gun az article

BMT ofisində "Ərk"-Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin konfransı keçirilib

2023-03-24

gun az article

“Sözümüz”də müzakirə: “İranın Azərbaycana qarşı təhdidləri nə qədər ciddi sayılır?”  - VİDEO

2023-03-24

gun az article

Urmuda 5 nəfər casusluq ittihamı ilə edama məhkum edilib

2023-03-23

gun az article

Güneyli hüquqşünaslar tərəfindən Azərbaycan İnsan Hüquqları Təşkilatı yaradılıb

2023-03-23

gun az article

Ərdəbildə uşaqlara Azərbaycan dilində kitablar paylanıb-VİDEO

2023-03-23

gun az article

İran Sərhəd Qoşunlarının komandanı Azərbaycan sərhədinə gəlib

2023-03-23

gun az article

Milli fəal Pərviz Siyabi məzuniyyətə buraxılıb

2023-03-23

gun az article

Güneyli məhbusun vəziyyəti ilə bağlı BMT nümayəndəsinə məlumat verildi

2023-03-22

gun az article

Qaşqay gəncin dəfn mərasimi hökumətə qarşı etiraz aksiyasına çevrilib-VİDEO

2023-03-22

gun az article

Bu sistemə son zərbəni Təbriz vuracaq – Xəbərdarlıq

2023-03-22

gun az article

“Özümüz” proqramında müzakirə: “Bayram dəblərimizi qoruyaq” və "25 mart yürüşü”- VİDEO

2023-03-22

gun az article

İranda hökumət məmurları Qaşqay türkünü qətlə yetirib

2023-03-21

gun az article

Bir sıra güneyli fəallar yaz bayramını həbsxabada keçiridilər

2023-03-21

gun az article

"Parlaq gələcək": “İranın ərazi bütövlüyü nə deməkdir” və “Pəhləvi sülaləsi: mumiyalanmış cəsəd”

2023-03-21

gun az article

BMT nümayəndəsi Güney Azərbaycan təşkilatının konfransına qatılacaq

2023-03-21

gun az article

İsrailli nazir: "Güney Azərbaycanın qurulması reallıqdır" 

2023-03-20