SON XƏBƏRLƏR

Dr. Jalə Təbrizi Güney Azərbaycanda baş verən hadisələrlə bağlı BMT-nin nümayəndəsinə məktub ünvanlayıb

2021.10.20, 07:36
Dr. Jalə Təbrizi Güney Azərbaycanda baş verən hadisələrlə bağlı BMT-nin nümayəndəsinə məktub ünvanlayıb

Gunaz.tv

GünAz TV: Ərk-Azərbaycan İnsan Haqları Cəmiyyətinin üzvü Dr. Jalə Təbrizi Güney Azərbaycanda baş verən son hadisələrlə bağlı Birləşmiş Millətlər Təşkilatının (BMT) İranda insan hüquqları üzrə xüsusi nümayəndəsi Cavid Rəhmana açıq məktub ünvanlayıb.

 

Məktubda Güney Azərbaycanda ətraf mühit, mədəniyyət və siyasət sahələrində olan bir çox problemlər şərh olunub.

 

Məktubda son günlərdə İranda qeyri-fars dillərində dərs keçməyə qarşı açıqlama verən təhsil nazirinin sözləri və ona olan etirazlar da yer alıb.

 

BMT-nin İranda insan hüquqları üzrə xüsusi nümayəndəsinə iyul ayının əvvəllərində çox sayda azərbaycanlı fəalın Babək qalası yürüşü ilə əlaqədar saxlanılıb və işgəncə edildiyi barədə də məlumat verilib.

 

Məktubda xüsusi vurğulanan digər məsələ Urmu gölü böhranı və onun yaranma səbəbləri olub.

 

İyulun 14-də İranın Təhsil naziri Məhəmməd Bəthayi şagirdlərə qeyri-fars dillərində dərs keçməyin təhlükəli və qadağan olduğunu vurğulayaraq məktəblərdə fars dilinin tədris olunması məsələsini “sistemin qırmızı xətti” adlandırıb. Nazirin bu açıqlaması Azərbaycan türklərinin geniş etirazına səbəb olub, aradan iki həftədən çox zaman keçməsinə baxmayaraq etirazlar davam edir.

 

İranın təhlükəsizlik qüvvələri iyulun 5-i və 6-da keçirilən ənənəvi Babək qalası yürüşünə bir neçə gün qalmış milli-mədəni fəalların ev və ya iş yerlərinə hücum çəkərək çox sayda fəalı yaxalayıb, bir neçə fəal isə qalada saxlanılıb. Ümimilikdə Babək qalası yürüşü ilə əlaqədar təxminən 80 nəfər təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Onların əksəriyyəti yaxalanarkən və saxlandıqları müddətdə işgəncə edilib.

 

3-ü istisna olmaqla ənənəvi yürüşlə əlaqədar saxlanılan fəallar ağır mülki vəsiqə qarşılığında sərbəst buraxılıb. İbrahim Nuri, Kiyurmərs İslami və Cəfər Rüstəmiradın müvəqqəti azadlığa buraxılmaması üçün, Ettelaat İdarəsinin məhkəməyə təzyiq göstərdiyi bildirilir.

 

 

N.S

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar