SON XƏBƏRLƏR

Dr. Jalə Təbrizinin dəvəti ilə BMT-nin xüsusi nümayəndəsi Cenevrədə keçirilən iclasda çıxış edib - VİDEO

2021.10.20, 07:36
Dr. Jalə Təbrizinin dəvəti ilə BMT-nin xüsusi nümayəndəsi Cenevrədə keçirilən iclasda çıxış edib - VİDEO

Gunaz.tv

GünAz TV: Cenevrədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığında etnik azlıqların dil və digər hüquqları mövzusunda iclas keçirilib.

 

Ərk-Azərbaycan İnsan Haqları Cəmiyyətinin təmsilçisi Dr. Jalə Təbrizinin təklifi ilə keçirilən iclasda BMT-nin milli və dini azlıqların hüquqları üzrə xüsusi nümayəndəsi Dr. Fernand De Vernens məruzə ilə çıxış edib.

 

Ötən həftə keçirilən iclasda Dr. Jalə Təbrizi birinci çıxışçı kimi iclasın təşkili ilə əlaqədar BMT-nin nümayəndəsinə təşəkkür edib, təşkilatın İranda insan haqları üzrə xüsusi nümayəndəsi xanım Asimə Cahangirin vəfatı ilə bağlı başsağlığı verib.

 

https://www.youtube.com/watch?time_continue=1&v=3AqOCDvDimo

 

 

BMT nümayəndəsi Dr. Fernand De Vernens isə öz çıxışında milli azlıqların dil və digər hüquqlarından bəhs edib. Bundan sonra Ərk İnsan Hüquqları Cəmiyyətinin təmsilçisi ona azərbaycanlı siyasi məhbuslar, xüsusi ilə də Ana Dili Günü Mərasimi ilə əlaqədar ağır həbs cəzasına məhkum edilən 4 fəal barəsində məlumat verib. BMT nümayəndəsi iclasın sonunda ümumilikdə 45 il həbs və 8 il sürgünə məhkum edilən Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Manafinin dosyesi ilə maraqlanacağını bildirib.

 

https://www.youtube.com/watch?time_continue=7&v=jo6SlRcXu84

 

 

Dr. Fernand De Vernens BMT-nin Baş Assambleyasında milli və dini azlıqların hüquqları haqda müşavirə, raport hazırlama, araşdırma və nəzarət işlərinin məsuludur. O ana dilində təhsilin əhəmiyyəti və neçə dilli təhsil sistemi mövzusunda 20 dildə nəşr olunan 200-dən çox məqalənin müəllifidir.

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar