SON XƏBƏRLƏR

Duma Mixail Mişustini Rusiyanın baş naziri vəzifəsinə təsdiqləyib

2021.10.20, 07:36
Duma Mixail Mişustini Rusiyanın baş naziri vəzifəsinə təsdiqləyib

Gunaz.tv

GünAz TV: Rusiya Dövlət Duması Mixail Mişustini ölkənin baş naziri vəzifəsinə təsdiqləyib.

 

"Report"un Rusiya bürosu xəbər verir ki, Dumanın bu gün keçirilən növbədənkənar iclasında Rusiya Federal Vergi Xidmətinin rəhbərinin ölkənin baş naziri təyin olunmasının lehinə 383 deputat səs verib.

 

Qərarın əleyhinə səs verən olmayıb, 41 deputat isə bitərəf qalıb.

 

Qeyd edək ki, Dumanın Reqlament komitəsinin rəhbərinin təklifi ilə səsvermə elektron səsvermə sistemindən istifadə etməklə açıq keçirilib.

 

Xatırladaq ki, yanvarın 15-də Dmitri Medvedevin rəhbərlik etdiyi hökumət istefa verib.

 

N.S

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar