SON XƏBƏRLƏR

DÜNYA AXISKA TÜRKLƏRININ KOORDINASIYA ŞURASI YARADILIB

2021.10.20, 07:36
DÜNYA AXISKA TÜRKLƏRININ KOORDINASIYA ŞURASI YARADILIB

Gunaz.tv
DÜNYA AXISKA TÜRKLƏRININ KOORDINASIYA ŞURASI YARADILIB 200806125.jpg Dünyanın 10 ölkəsində fəaliyyət göstərən axıska tükrlərinin dərnək və cəmiyyətləri Koordinasiya Şurasında birləşib və Qazaxıstan axıska türklərinin lideri Ziyaəddin İsmixanoğlu Şuranın sədri seçilib. Bu barədə qərar keçən həftə keçirilən Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Türkiyə, Ukrayna, Avropa, Gürcüstan (ABŞ və Özbəkistandan başqa) və digər ölkələrdə məskunlaşan axıska türkləri liderləri və təmsilçilərinin qapalı toplantısında qəbul olunub. İsmixanoğlunun Trend News-a bildirdiyinə görə, vətənə qayıtmağı daha çox arzu edənlər Azərbaycan və Rusiyada məskunlaşmış axıska türkləridir. «Baxmayaraq ki, Azərbaycanda axıskalıların heç bir problemi yoxdur, orada məskunlaşan axıskalıların bir hissəsi tarixi vətənin yaxın olduğu və Türkiyə, Azərbaycan və Gürcüstan arasında xoş münasibətlər yarandığı üçün doğma yurda qayıtmaq istəyirlər. Ölkənin əsasən Saatlı, Sabirabad rayonlarında yaşayanların bir qismi iqlim şəraitinə görə bu qərara gəliblər», - deyə İsmixanoğlu bildirib. Trend News-un arayışı: 2007-ci ilin iyulunda Gürcüstan parlamenti axıska türklərinin repatriasiyası haqqında qanun (1944-cü ilin noyabrında Stalinin əmri ilə Orta Asiya ölkələrinə sürgün edilmiş axıska türklərinin vətənə qayıdışına dair bəraət) qəbul edib. Qanuna əsasən, vətənə qayıtmaq arzusunda olanlar bir il ərzində yaşadıqları ölkədəki Gürcüstan səfirliklərinə sənədlərini təqdim etməlidir. Avropa Şurası qarşısında götürdüyü öhdəliyə əsasən, Gürcüstan bu məsələni 2011-ci ilin sonuna qədər həll etməlidir. Azərbaycanda hazırda on minlərlə axıska türkü yaşayır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar