Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 130 milyon 820 min 485 nəfərə çatıb.
Gunaz.tv
Məlumatı “Worldometers” saytı yayıb.
Bildirilir ki, pandemiya qurbanlarının sayı 2 milyon 850 min 523 nəfərdir. İndiyədək 105 milyon 307 min 385 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatına əsasən, ötən sutka ərzində 659 917 nəfər koronavirusa yoluxub, 11 626 nəfər dünyasını dəyişib.
Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 31 314 625 nəfər virusa yoluxub, 567 610 pasiyent dünyasını dəyişib. (virtualaz.org)
Ayxan Turan