SON XƏBƏRLƏR

Dünya yeni “soyuq müharibə”yə qədəm qoydu

2021.10.20, 07:36
Dünya yeni “soyuq müharibə”yə qədəm qoydu

Gunaz.tv
Dünya yeni “soyuq müharibə”yə qədəm qoydu rusiyagurcustanserheddimap.jpg Qərb ölkələri Moskva ilə əməkdaşlığı dayandırırlar ABŞ Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin bir ölkə tərəfindən tanınmasının qeyri-mümkün olduğunu və bunu ancaq BMT-nin həyata keçirə biləcəyini bəyan edib. Lent.az-ın beynəlxalq agentliklərə istinadən verdiyi məlumata görə, ABŞ prezidenti Corc Buş Rusiya prezidenti Dmitri Medvedevə müraciət edərək onu Gürcüstanın ərazi bütövlüyünü dəstəkləməyə çağırıb. Almaniyanın kansleri Anqela Merkel də Medvedevin Rusiya Federasiya Şurasının və Dövlət Dumasının çağırışını rədd edəcəyinə ümid edir. Avropa Birliyinin bir çox üzvləri Rusiya ilə münasibətlərin kəsilməsinə tərəfdardırlar. Onlar Qafqazda yeritdiyi siyasətə görə Moskvanı cəzalandırmağa çağırırlar. Böyük Britaniya və İsveçin də dəstəklədiyi Şərqi Avropa ölkələri Rusiya ilə əməkdaşlıq və vizasız gediş-gəliş razılaşması ilə bağlı danışıqları dayandırılmasını, Moskvanın Ümumdünya Ticarət Təşkilatına buraxılmamasını və 2014-cü il Soçi Olimpiadasının ləğv edilməsini istəyirlər. Rusiya isə mövqeyindən geri çəkilmək niyyətində deyil. Prezident Dmitri Medvedev NATO ilə bütün əlaqələri kəsməyə hazırlaşdığını bəyan edib. Baş nazir Vladimir Putin isə Ümumdünya Ticarət Mərkəzinə daxil olmağın üstünlüklərini görmədiyini bildirərək təşkilata üzvlüklə bağlı danışıqları dondurub. Dünya yeni böyük “soyuq müharibə”yə qədəm qoyub... LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar