SON XƏBƏRLƏR

Dünyada hər 35 nəfərdən biri miqrantdır

2021.10.20, 07:36
Dünyada hər 35 nəfərdən biri miqrantdır

Gunaz.tv
Dünyada hər 35 nəfərdən biri miqrantdır immigrantchildren.jpg BMT-nin araşdırmasına görə, son 35 ildə vətənindən kənarda yaşayanların sayı 2 dəfədən çox artaraq, 175 milyona çatıb. Bu gün dünyada hər 35 nəfərdən biri miqrantdır. Onların 60 faizi inkişaf etməkdə olan ölkələrdə, 40 faizi isə inkişaf etmiş ölkələrdə yaşayır. Miqrantlar sonradan yaşadıqları ölkənin vətəndaşlığını da qəbul edir. Dünyada bu sahədə ABŞ liderlik edir, regionda isə Azərbaycan. Statistikaya görə, bu gün Azərbaycanda 100 mindən çox əcnəbi yaşayır. Onların böyük əksəriyyəti Rusiya, Gürcüstan, İran, İraq, Əfqanıstan, Hindistan, Çin, Filippin və digər ölkələrdən gəlir. Kimisi işləmək, kimisi də yaşamaq üçün. 1999-cu ildən Azərbaycan vətəndaşlığını qəbul etmək istəyənlərin sayı artıb. qaynar.info-nun “Lider”-ə istinadən verdiyi xəbərə görə, daha çox Rusiya, İran, Gürcüstan və Baltikyanı ölkələrdən gələnlər Azərbaycan vətəndaşlığını qəbul etmək üçün müraciət edir. Son 7 ildə isə 5500 nəfər Azərbaycanda işləmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən rəsmi icazə alıb. Qeyri- rəsmi işləyənlərin sayı isə daha çoxdur. Səbuhi MƏMMƏDLİ butovaz

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar